Xəbər lenti
Nazir müəllimlərin maaşlarının artırılmasından danışdı
Müəllimlərin maaşlarının artırılması ölkədə təhsilin inkişafına, keyfiyyətin yüksəldilməsinə təkan verərək müəllimləri daha əzmlə fəaliyyət göstərməyə ruhlandıracaq.
Manevr.az xəbər verir ki, bunu Təhsil naziri Ceyhun Bayramov deyib.
Nazir bildirib ki, təhsil işçilərinin fəaliyyətinin stimullaşdırılması, sosial müdafiəsinin gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər davamlı xarakter alıb, Prezidentin 18 iyun 2019-cu il tarixli sərəncamına əsasən, dövlət ümumi təhsil müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin aylıq vəzifə maaşları cari il sentyabrın 1-dən orta hesabla 20 faiz artırılıb və beləliklə, onların orta aylıq əməkhaqqı 600 manatı ötəcək.
C.Bayramov əlavə edib ki, peşə təhsili də daxil olmaqla bu tədbirlər ümumilikdə 160 minədək müəllimi əhatə edib: “Bu qərarlar cəmiyyət tərəfindən yüksək qiymətləndirilib”.
Nazir vurğulayıb ki, son illərdə peşə təhsili sisteminin yenidən qurulması, bu sahədə çevik idarəetmənin təmin edilməsi məqsədilə 24 ixtisaslaşmış peşə təhsili mərkəzi yaradılıb, mühəndis-pedaqoji heyətin diaqnostik qiymətləndirilməsinə və əməkhaqqının artırılmasına başlanmış, onların həftəlik dərs yükü norması 1,5 dəfə, aylıq vəzifə maaşı orta hesabla 2 dəfə artırılıb: “Məzmunun əmək bazarının tələblərinə uyğunlaşdırılması istiqamətində beynəlxalq təcrübə nəzərə alınmaqla peşə təhsilinin yeni dövlət standartları təsdiq edilib, nəticəyönümlü təhsil proqramları (kurikulumlar), yeni dərsliklər və tədris vəsaitləri hazırlanıb. Beynəlxalq təşkilatlarla birlikdə layihələrin icrasına başlanılıb”. /Report
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar