Xəbər lenti
Ali məktəblərə müsabiqə şərtləri açıqlandı - VİDEO
Dövlət İmtahan Mərkəzi 2019-2020-ci tədris ili üzrə ali məktəblərə müsabiqə şərtlərini açıqlayıb.
Manevr.az-ın xezerxeber.az-a istinadən məlumatına görə, iyulun 24-dən avqustun 6-dək keçiriləcək ixtisas seçimində I ixtisas qrupu üzrə müsabiqəyə ümumi balı 200-dən, imtahanın 2-ci mərhələsi üzrə balı 100-dən az olmayan abituriyentlər buraxılır. "Riyaziyyat", "Fizika", "Kompüter elmləri", "Nəqliyyat tikintisi mühəndisliyi", "İnşaat mühəndisliyi", "İnformasiya texnologiyaları", "Geologiya", "Elektronika, telekommunikasiya və radiotexnika mühəndisliyi" ixtisaslari üzrə müsabiqəyə ümumi balı 250-dən az olmayan abituriyentlər buraxılır.
II ixtisas qrupu üzrə müsabiqəyə həm dövlət sifarisi əsasında, həm də ödənişli əsaslarla qəbul aparilan yerlər üzrə ümumi balı 200-dən, imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan abituriyentlər buraxılacaq. "ADA" universiteti istisna olmaqla, dövlət ali təhsil müəssisələrinin "Beynəlxalq münasibətlər" və "Regionşünasliq'' ixtisaslarının müsabiqəsinə xarici dil fənni üzrə nisbi balı 30-dan az olmayan abituriyentlər buraxilacaq. Eləcə də marketinq, biznesin idarə edilməsi, kommersiya, regionşünasliq, turizm və otelçilik ixtisasları üzrə ödənişli əsaslarla ayrılmış yerlərin müsabiqəsinə ümumi balı 150-dən və imtahanın ikinci mərhələsi üzrə balı 50- dən az olmayan abituriyentlər buraxılacaq.
III ixtisas qrupu üzrə müsabiqəyə ümumi balı 200-dən, imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan abituriyentlər buraxılır. Muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması, sosial iş ixtisasları üzrə ödənişli əsaslarla ayrılmış yerlərin müsabiqəsinə ümumi balı 150-dən və imtahanın ikinci mərhələsi üzrə balı 50-dən az olmayan abituriyentlər buraxılırı
IV ixtisas qrupu üzrə müsabiqəyə ümumi balı 200-dən, imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan abituriyentlər buraxılır.
Ali təhsil müəssisələrinin V ixtisas qrupunda qabiliyyət imtahanlarının nəticələri balla qiymətləndirilən xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə müsabiqə abituriyentin qabiliyyət imtahanlarında topladığı yekun balı, qabiliyyət imtahanlarının nəticələri məqbulla qiymətləndirilən, xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə müsabiqə abituriyentin qəbul imtahanında topladıgı ümumi balı əsasında aparılır.
Müsabiqə abituriyentin seçdiyi ixtisas qrupu və ya qrupları üzrə topladığı ümumi ballar əsasında aparılır. Abituriyentin yerləşdirilməsi onun elektron ixtisas seçimi ərizəsində qeyd etdiyi ixtisasların ardıcıllığı nəzərə alınmaqla, ixtisasların qəbul planı və dövlət sifarisi ilə tələbə qəbulunun proqnozu çərçivəsində həyata keçirilir. Dövlət sifarişi əsasında ayrılmış yerlərin müsabiqəsi bu sifarişin yerinə yetirilməsində istirak edən bütün ali təhsil müəssisələri üzrə bölməsindən və təhsilalma formasından asılı olmayaraq birgə, ödənisli əsaslarla olan yerlərin müsabiqəsi isə hər bir ali təhsil müəssisəsi üzrə ayrılıqda aparılır. Abituriyent müsabiqədən keçdiyi ixtisasların birincisinə yerləşdirilir.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar