Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Gürcüstan Müsəlmanları İdarəsinin nümayəndə heyəti İlahiyyat İnstitutunda- ŞƏKİLLƏR

Tarix: 04-07-2019 12:33     Baxış: 3355 A- / A+
Gürcüstan Müsəlmanları İdarəsinin nümayəndə heyəti İlahiyyat İnstitutunda- ŞƏKİLLƏR


Gürcüstan Müsəlmanları İdarəsinin nümayəndə heyəti – Gürcüstan Müsəlmanları İdarəsinin sədri Ramin İgidov, idarənin Şərqi Gürcüstan üzrə müftisi Yasin Əliyev, Qərbi Gürcüstan üzrə müftisi Beglar Kamaşidze və bu qurumun katibi Oktay İsayev Azərbaycan İlahiyyat İnstitutunu (Aİİ) ziyarət edib.

Manevr.az-ın verdiyi xəbərə görə, qonaqlarla görüşən Aİİ rektoru Ceyhun Məmmədov ölkələrimiz arasında dostluq münasibətlərindən danışaraq, Azərbaycan-Gürcüstan əlaqələrinin yüksək səviyyədə olduğunu nəzərə çatdırıb. C.Məmmədov Azərbaycanda yüksək dini-mənəvi mühitin mövcud olduğunu, dövlət-din siyasətinin əsasının ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğunu və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurla davam etdirdiyini diqqətə çatdırıb. Vurğulanıb ki, ölkəmizdə din sahəsinə, milli-mənəvi dəyərlərin qorunmasına böyük önəm verilir.

Aİİ-nin yaranma səbəbi, fəaliyyət istiqamətləri, hədəfləri haqqında danışan rektor C.Məmmədov İnstitutda təhsilin ödənişsiz əsaslarla həyata keçirildiyini, tələbələrin geyim, yemək və yataqxana xərcləri ilə təmin olunduğunu vurğulayıb. Gənclərin sağlam ruhda tərbiyə olunmasının vacibliyini bildirən C.Məmmədov qeyd edib ki, təkcə dini biliklərə deyil, eləcə də dünyəvi biliklərə malik mütəxəssislərə ehtiyacımız var. O, həmçinin qonşu ölkələrin təhsil müəssisələri ilə əlaqələrin qurulmasında və təcrübə mübadiləsinin aparılmasında maraqlı olduğunu diqqətə çatdırıb. C.Məmmədov bildirib ki, İnstitutun qapıları təkcə Azərbaycan vətəndaşları üçün deyil, eyni zamanda, ölkəmizin hüdudlarından kənarda yaşayan soydaşlarımız üçün də açıqdır. Gələcəkdə rus, ingilis və ərəb dilli bölmələrin açılması və dünyanın müxtəlif ölkələrindən tələbələrin institutda təhsilə cəlb olunması nəzərdə tutulur.

Səmimi qəbula görə, Aİİ-nin rəhbərliyinə təşəkkür edən nümayəndə heyəti Azərbaycana səfərindən, xüsusilə Bakı şəhərində keçirilən görüşlərdən məmnunluğunu ifadə edib. Gürcüstan Müsəlmanları İdarəsinin sədri Ramin İgidov Azərbaycan və Gürcüstanın dini qurumları arasında sıx münasibətlərin olduğunu, ölkələrimiz arasında bu sahədə mövcud əlaqələrin daha da möhkəmlənməsi və

gələcəkdə qarşılıqlı əməkdaşlığın genişləndirilməsindən əminliyini ifadə edib. Ramin İgidov dünyada radikallığın artdığı indiki dövrdə Azərbaycanın tolerantlıq baxımından müsbət təcrübə yaratdığını söyləyərək, bu təcrübənin öyrənilməsinin vacib olduğunu bildirib.

Nümayəndə heyəti Gürcüstanda fəaliyyət göstərən mədrəsə və kolleclər haqqında məlumat verib. Qeyd olunub ki, burada da müxtəlif maarifləndirmə tədbirləri həyata keçirilir, Azərbaycan və gürcü dillərinə tərcümə edilən islam dini haqqında kitablar nəşr olunur.

Daha sonra görüşdə qarşılıqlı maraq doğuran məsələlər və gələcək əməkdaşlıq istiqamətləri barədə fikir mübadiləsi aparılıb.

Manevr.az

Gürcüstan Müsəlmanları İdarəsinin nümayəndə heyəti İlahiyyat İnstitutunda- ŞƏKİLLƏR
Gürcüstan Müsəlmanları İdarəsinin nümayəndə heyəti İlahiyyat İnstitutunda- ŞƏKİLLƏR

Gürcüstan Müsəlmanları İdarəsinin nümayəndə heyəti İlahiyyat İnstitutunda- ŞƏKİLLƏR
Gürcüstan Müsəlmanları İdarəsinin nümayəndə heyəti İlahiyyat İnstitutunda- ŞƏKİLLƏR
Gürcüstan Müsəlmanları İdarəsinin nümayəndə heyəti İlahiyyat İnstitutunda- ŞƏKİLLƏR

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar