Xəbər lenti
Təhsil Nazirliyindən dərsliklərlə bağlı ÇAĞIRIŞ
Təhsil Nazirliyi təhsil işçiləri, ziyalılar, valideynlər və bütün digər maraqlı tərəfləri dövlət ümumtəhsil müəssisələri üçün hazırlanan dərslik layihələrinə dair ictimai rəyin öyrənilməsi prosesində aktiv iştirak etməyə çağırıb.
Verilən məlumata görə, 2019-2020-ci tədris ilinə ölkənin dövlət ümumtəhsil müəssisələrinin I sinifləri üçün yeni hazırlanmış, IV və VIII sinifləri üçün isə təkmilləşdirilmiş dərslik layihələrinə dair ictimai rəyin öyrənilməsi prosesi davam edir. 2019-cu ilin aprel ayının ortalarından başlamış proses iyul ayının ortalarına qədər davam edəcək. Hazırda ən çox baxış sayının I sinif “Azərbaycan dili (tədris dili)” dərslik layihəsinə aid olduğu müşahidə edilir:
"Dərslik layihələrinə dair ictimai rəyin öyrənilməsində iştirak etmək istəyənlər www.trims.edu.az saytının “İctimai müzakirədə olanlar” bölməsinə daxil olmaqla yerləşdirilən istənilən layihəni oxuya bilər, eyni zamanda xüsusi ayrılmış sahədə irad və təklifləri azaraq prosesə öz töhfələrini verə bilərlər. İrad və təkliflər derslik@edu.gov.az elektron poçtuna göndərilməklə də bildirilə bilər.
Təhsil Nazirliyi bir daha alimləri, təhsil işçilərini, ziyalıları, valideynləri və bütün digər maraqlı tərəfləri müzakirəyə çıxarılmış dərslik layihələrinə dair öz arzu, irad və təkliflərini bildirməyə dəvət edir".
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar