Sizin Reklam Burada
Xəbər lenti
22-02-2025
BÜTÜN XƏBƏRLƏR

BDU-nun rektoru deputata yeni vəzifə verib- SİYAHI

Tarix: 14-06-2019 10:57     Baxış: 5302 A- / A+
BDU-nun rektoru deputata yeni vəzifə verib- SİYAHI



Azərbaycanda Atatürk Mərkəzinin rəhbəri, Milli Məclisin deputatı, akademik Nizami Cəfərova yeni vəzifə verilib.

Manevr.az-ın məlumatına görə, o, Bakı Dövlət Universitetinin (BDU) Ümumi dilçilik kafedrasının müdiri seçilib.

Bu barədə qərar BDU-nun Filologiya fakültəsinin Elmi Şurasının iclasında qəbul edilib. N.Cəfərov kafedra müdiri vəzifəsində filologiya elmləri doktoru, professor Əbülfəz Rəcəblini əvəzləyib.

Akademik N.Cəfərov əvvəllər həmin kafedranın professoru vəzifəsində işləyib.

Bundan başqa, Elmi Şuranın iclasında Filologiya fakültəsi üzrə daha 4 kafedranın müdiri vəzifəsinə seçkilər keçirilib.

Seçkilərin nəticələrinə əsasən, professor Ədibə Paşayeva Rus ədəbiyyatı tarixi kafedrasının müdiri seçilib. O, bundan əvvəl universitetin Humanitar fakültələr üzrə rus dili kafedrasının müdiri işləyib.

Ali məktəbin Azərbaycan dili və nitq mədəniyyəti kafedrasının müdiri də dəyişib. Belə ki, bu vəzifə filologiya üzrə elmlər doktoru, professor İlhamə Hacıyevaya həvalə olunub. İ.Hacıyeva bundan əvvəl Azərbaycan dilçiliyi kafedrasında müəllim işləyib.

Əvvəllər Azərbaycan dili və nitq mədəniyyəti kafedrasının müdiri filologiya üzrə fəlsəfə doktoru, dosent Səidə Abbasova olub.

İclasda filologiya elmləri doktoru, professor Hüseyn Əsgərov yenidən BDU-nun Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası kafedrasının müdiri, filologiya üzrə elmlər doktoru, professor Mikayıl Cəfərov isə yenidən Təbiət fakültələri üzrə rus dili kafedrasının müdiri seçiliblər.“report”
BDU-nun rektoru deputata yeni vəzifə verib- SİYAHI

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar