Xəbər lenti
Magistraturaya qəbulda bu test tapşırıqlarında səhv aşkarlanıb - DİM açıqladı
Magistraturaya qəbul imtahanının nəticələri ilə əlaqədar yaradılmış Apelyasiya Komissiyasının məlumatı açıqlanıb.
Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, 2019/2020-ci tədris ili üçün ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul imtahanının 26 may 2019-cu il tarixində keçirilmiş II mərhələsinin nəticələri ilə əlaqədar bakalavrların müraciətlərinə baxılması üçün Dövlət İmtahan Mərkəzində yaradılmış Apelyasiya Komissiyası 27 ‑ 31 may 2019-cu il tarixlərində fəaliyyət göstərmişdir.
Qeyd olunan müddət ərzində 204 bakalavr Apelyasiya Komissiyasına müraciət etmişdir. Həmin bakalavrlar DİM-ə dəvət olunaraq, Apelyasiya Komissiyasının üzvləri və ekspertlər tərəfindən onların müraciətlərinə baxılmışdır. Komissiya üzvləri onların ayrı-ayrı test tapşırıqları və yazı işləri ilə bağlı suallarına aydınlıq gətirmiş və bakalavrların yerinə yetirdikləri yazı işlərində yol verdikləri səhvləri izah etmişlər.
Bundan əlavə, Apelyasiya Komissiyasının qərarına əsasən, bəzi proqramlarda açıq formalı hesablama tapşırıqlarının cavabını tapıb yuvarlaqlaşdırmada səhvə yol verənlər üçün (2 saylı proqramın 50 №-li açıq formalı test tapşırığına Azərbaycan bölməsində “6.3” cavabını, 32 saylı proqramın 50№-li açıq formalı test tapşırığına Azərbaycan və rus bölmələrində “2” cavabını, 55 saylı proqramın 47№-li test tapşırığına Azərbaycan və rus bölmələrində 91,875; 91,8; 91,9; 92 cavabını, 58 saylı proqramın 47 №-li test tapşırığına 275,55 cavabını verən bakalavrların da cavablarının düzgün hesab edilməsi barədə), eləcə də sualın mətnində yolverilən texniki səhv nəticəsində yaranan problem təkrar ekspertizada aşkar olunaraq bakalavrların xeyrinə (1 saylı proqramın 27 №-li test tapşırığı bu proqram üzrə imtahan vermiş bütün bakalavrların xeyrinə onlar tərəfindən düzgün cavablandırılmış kimi hesab edilməsi, 20 saylı proqramın 35 №-li test tapşırığının düzgün cavabı kimi Azərbaycan və rus bölmələrində A bəndinin də düzgün cavab kimi götürülməsi, 73 saylı proqramın 12 №-li test tapşırığında diaqram olmadığına görə bu test tapşırığı bütün bakalavrların xeyrinə onlar tərəfindən düzgün cavablandırılmış kimi götürülməsi, 42 saylı proqramın 43 №-li seçim tipli qapalı formalı tapşırığında texniki səhvə görə düzgün cavablar heç bir cavab bəndində tam əksini tapmadığı üçün bu test tapşırığı bütün bakalavrların xeyrinə onlar tərəfindən düzgün cavablandırılmış kimi götürülməsi barədə) müvafiq qərarlar qəbul edilmişdir.
Əlavə olaraq bildirək ki, 42 saylı proqram üzrə 31 bakalavr tərəfindən əsasən 6 test tapşırığı (1, 7, 14, 41, 43 və 50 saylı) ilə əlaqədar komissiyaya müraciət olunmuşdur. Bu proqram üzrə də imtahanda istifadə olunmuş test tapşırıqları həmin tapşırıqlar test bankına daxil edilərkən onları ekspertiza edən ekspertlər, həmçinin digər 3 ekspert tərəfindən geniş tərkibdə elmi-metodiki ekspertizadan keçirilmişdir. Ekspertizanın nəticələrinə əsasən, cəmi 1 test tapşırığında texniki səhv olduğu aşkar edilmişdir. Həmin 43 №-li test tapşırığı seçim tipli qapalı formalı tapşırıqdır və təəssüf ki, texniki səhvə görə düzgün cavablar heç bir cavab bəndində tam əksini tapmayıb. Buna görə də bu test tapşırığının həmin proqram üzrə imtahan vermiş bütün bakalavrların xeyrinə onlar tərəfindən düzgün cavablandırılmış kimi götürülməsi qərara alınmışdır. 42 saylı proqram üzrə digər tapşırıqlarda hər hansı texniki və ya elmi-metodiki səhv aşkar olunmamış və bütün tapşırıqların qəbul proqramı çərçivəsində hazırlandığı bir daha öz təsdiqini tapmışdır.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar