Sizin Reklam Burada
Xəbər lenti
22-02-2025
21-02-2025
BÜTÜN XƏBƏRLƏR

Bu il abituriyentlərin sayı 8 min nəfər çox olacaq - Məleykə Abbaszadə

Tarix: 04-06-2019 08:39     Baxış: 3380 A- / A+
Bu il abituriyentlərin sayı 8 min nəfər çox olacaq - Məleykə Abbaszadə


DİM sədri tələbə qəbulu ilə bağlı bəzi yazılarda açıqlanan tənqidlərə sərt reaksiya verib.

DİM-in saytında dərc olunan "700 bal toplayanlardan ötrü "ah-nalə"" adlı yazısında Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə 700 bal toplayan abituriyentlərlə bağlı statistikanı təqdim edib, və qeyd edib ki, pedaqoji nöqteyi-nəzərdən 650 baldan yuxarı nəticə göstərən abituriyentləri bir-birindən fərqləndirmək düzgün deyil.

"Hökuməti tənqid etməzdən əvvəl heç olmazsa, Nazirlər Kabineti tərəfindən 2019/2020-ci tədris ili üçün təsdiq olunmuş dövlət sifarişi üzrə proqnozla tanış olun. Dövlət sifarişi üzrə yerlərin sayı bu il ötən illə müqayisədə 12 mindən 20 minədək artıb. Yəni bu il dövlət sifarişi əsasında təhsil almaq imkanını əldə edən abituriyentlərin sayı 8 min nəfər çox olacaq", - deyə, DİM sədri bildirib.

Onun sözlərinə görə, keçən ilə nisbətən müsabiqə şərtləri də liberallaşdırılıb:

"Bu şərtlər ümumi müsabiqəyə buraxılma şərtlərindən fərqlənmir, keçən ilə nisbətən isə 50-100 bal aşağı salınıb".

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar