Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Bu gün 37 670 şagird buraxılış imtahanı verəcək

Tarix: 02-06-2019 09:50     Baxış: 3282 A- / A+
Bu gün 37 670 şagird buraxılış imtahanı verəcək

Dövlət İmtahan Mərkəzi bu gün Bakı, Şirvan şəhərləri və Naxçıvan Muxtar Respublikasının orta ümumtəhsil müəssisələrinin 9-cu sinif şagirdləri üçün buraxılış imtahanının ikinci mərhələsini keçirir.

Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, bu gün ümumilikdə 37670 şagirdin imtahan verəcəyi nəzərdə tutulur.

İmtahanda şagirdlərin bilik və bacarıqlarını yoxlamaq məqsədi ilə tədris dili, riyaziyyat və xarici dil fənləri üzrə ümumilikdə 90 qapalı tipli tapşırıq təqdim edilir. İmtahan 3 saat davam edəcək. İmtahanın başlanmasına 15 dəqiqə qalmış saat 10.45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.

İmtahanda Yasamal rayonunda 2739, Binəqədi rayonunda 4413, Səbail rayonunda 1659, Xətai rayonunda 3580, Xəzər rayonunda 3044, Nərimanov rayonunda 2299, Suraxanı rayonunda 3110, Sabunçu rayonunda 4948, Nəsimi rayonunda 2269, Qaradağ rayonunda 2258, Nizami rayonunda 2496, Pirallahı rayonunda 388, Naxçıvan Muxtar Respublikasında 3461, Şirvan şəhərində 1006 nəfər 9-cu sinif şagirdinin iştirakı nəzərdə tutulur.

İmtahanların idarə olunmasına 81 ümumi imtahan rəhbəri, 248 imtahan rəhbəri, 2978 nəzarətçi‑müəllim, 265 buraxılışı təşkil edən əməkdaş, 81 bina nümayəndəsi ayrılıb.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar