Xəbər lenti
Azərbaycanda bu məktəblər bağlanır
Gələn ildən axşam növbəsi tədrislə məşğul olan məktəblər fəaliyyətini dayandıracaq.
Manevr.az-ın məlumatına görə, bunu Ümumi və məktəbəqədər təhsil şöbəsinin sektor müdiri Firidun Həmzəyev “Məktəbəhazırlıq; Eksternat imtahanların keçirilməsi” mövzusunda təqdimatla çıxışı zamanı deyib.
Onun sözlərinə görə, hazırda Bakı şəhərində yeddi məktəbdə axşam növbəsində dərs keçilir:
“Bir ildən sonra bu məktəblər fəaliyyətini dayandıracaq. Bu məktəblərin ləğv edilmə səbəbi icbari təhsilin doqquz illik olması ilə bağlıdır. Əvvəl icbari təhsil 11 illik idi. Ona görə də doqquzuncu sinifdən sonra təhsilini dayandıran şəxslər attestat almaq üçün təhsili tam mənimsəməli idi.
Axşam məktəblərində isə iki illik dərs üç ilə keçilirdi. İki il əvvəl axşam məktəblərində təhsil alan şagirdlərin sayı 700-ə yaxın olub və artıq onuncu sinifdən sonrakı müddətdə axşam məktəbinə müraciət olmadığı üçün gələn ildən bu məktəblər fəaliyyətini dayandıracaq”.
Nazirlik rəsmisi qeyd edib ki, axşam məktəblərində 18-dən yaşdan yuxarı, 40 yaşa qədər insanlar təhsil alıb.oxu.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Kriminal
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar