Xəbər lenti
Gələn il I sinif şagirdləri üçün yeni ehtiyat dərslikləri istifadəyə veriləcək
"2020-ci ildə I sinif şagirdləri üçün Azərbaycan dili və Riyaziyyat fənnindən yeni ehtiyat dərsliklərin istifadəyə verilməsi nəzərdə tutulur".
Manevr.az xəbər verir ki, bunu Təhsil İnstitutunun "Ehtiyat dərsliklər" layihəsinin rəhbəri Zaur İsayev Təhsil Nazirliyinin media üçün təlimdə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, hazırda layihə sınaq prosesindədir: "Bu ilin sentyabr ayından etibarən ölkənin 97 məktəbinin 123 sinfində 3 244 şagird üçün sınaq prosesi keçiriləcək. Nəticələr müzakirə edilərək müxtəlif təkmilləşmə işləri aparılacaq və dərsliklərin gələn ildən istifadəyə verilməsi planlaşdırılır".
Z.İsayev qeyd edib ki, həmin dərsliklər iki hissəli olacaq: "Yəni birinci hissə I yarımil, ikinci hissə isə II yarımildə tədris olunacaq. Bu da I sinif şagirdlərinin çantasını yüngülləşdirəcək. Həmin dərsliklər Təhsil Nazirliyinin nəzarəti altında hazırlanacaq. Dərsliklər həm Azərbaycan, həm də rus dilində olacaq".
O həmçinin əlavə edib ki, pilot layihə uğurlu olacağı təqdirdə, mərhələli şəkildə ibtidai siniflərin hamısı üçün tədricən tətbiq olunacaq".report
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar