Xəbər lenti
Ali məktəblərə imtahansız qəbulun vaxtı məlum oldu
Kollec məzunlarının ali məktəblərə imtahansız qəbulu ilə bağlı qərar 2019-2020-ci il qəbul prosesində tətbiq olunacaq.
Bunu Təhsil Nazirliyinin şöbə müdiri Yaqub Piriyev Təhsil Nazirliyində 20 may 2019-cu il tarixində Nazirlər Kabinetinin təsdiq etdiyi qərarlarla bağlı mətbuat konfransında çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, yeni qərar orta ixtisas təhsili müəssisələrinə bakalavr qəbulu haqqında qanuna uyğunlaşdırılıb:
“Bu qərar təhsildə fasiləsizliyi təmin etmək məqsədilə qəbul edilib. Kollec məzunları ali məktəblərə imtahansız qəbul olunacaqlar. Subbakalavrlar ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul olunarkən həmin təhsil müəssisələrində yalnız tədris dili orta ixtisas təhsili pilləsində təhsil aldıqları dilə uyğun ixtisasları seçmək hüququna malikdirlər.
Bu, Dövlət İmtahan Mərkəzi ilə nazirlik arasında razılaşdırmaqla həyata keçiriləcək. Əvvəlki imtahanların da məzunları bu qərardan yararlanacaq”.
Şöbə müdiri qeyd edib ki, qaydalara görə, müsabiqə zamanı subbakalavrın orta müvəffəqiyyət göstəricisi və təhsil haqqında sənədinə (attestata) üstünlük veriləcək:
“Ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə təhsil almaq istəyən subbakalavr isə DİM tərəfindən təşkil olunmuş qabiliyyət imtahanlarında müəyyən edilmiş cədvəl üzrə ödənişli əsaslarla iştirak edəcək”.
Daha sonra ali təhsil pilləsini başa vurmayan şəxslərin orta ixtisas təhsili müəssisələrinə köçürülməsi qaydaları media nümayəndələrinin diqqətinə çatdırılıb.
Qeyd olunub ki, ali təhsil pilləsinin bakalavriat səviyyəsini normativ təhsil müddətindən sonrakı 15 il müddətində (həqiqi hərbi xidmət müddəti istisna olmaqla) başa vurmayan və ali təhsil müəssisəsindən xaric olunmuş şəxslər də təhsillərini orta ixtisas təhsili müəssisələrində davam etdirmək hüququna malikdirlər.
Ali təhsilin bakalavriat səviyyəsini başa vurmayan şəxslərin orta ixtisas təhsili müəssisəsinə köçürülməsi onların qəbul olunduqları və köçürüldükləri ixtisasların yalnız eyni ixtisas qrupuna daxil olduğu halda aparılacaq.oxu.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar