Xəbər lenti
Azərbaycanda bu abituriyentlər kolleclərə İMTAHANSIZ qəbul oluna biləcəklər
Azərbaycanda ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulunun ümumi qaydalarına dəyişikliklərin edilməsi təklif edilir.
Manevr.az-ın trend-ə istinadən məlumatına görə, bununla bağlı “Təhsil haqqında” qanuna dəyişikliklər edilir.
Qanunun hazırkı variantına əsasən, bu qanunun 26.5-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu vətəndaşların təhsil hüququnu tam təmin etməklə, müvafiq təhsil səviyyəsinə uyğun olan təhsil proqramlarını daha yaxşı mənimsəmiş qabiliyyətli və hazırlıqlı abituriyentlərin ixtisası və təhsil müəssisəsini sərbəst seçimi əsasında, müsabiqə yolu ilə həyata keçirilir.
İstisnanın nəzərdə tutulduğu həmin maddəyə (26.5-ci) görə, beynəlxalq fənn olimpiadalarının qalibləri istənilən ixtisaslar, respublika fənn olimpiadalarının, yüksək səviyyəli beynəlxalq müsabiqələrin və yarışların qalibləri müvafiq ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunurlar.
Təklif edilən yeni dəyişiklikdə isə beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramları üzrə təhsil almış abituriyentlərin də orta ixtisas təhsili müəssisələrinə müsabiqədənkənar qəbul olunması təklif edilir. Hazırda bu kateqoriyadan olan abituriyentlər ali məktəblərə müsabiqədənkənar qəbul olunurlar.
Yeni dəyişikliklərə əsasən, beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramları üzrə təhsil almış abituriyentlər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş şərtlər yerinə yetirilməklə, təhsil aldıqları dildə tədris olunan ixtisaslar üzrə ali təhsil müəssisələri ilə yanaşı, orta ixtisas müəssisələrinə də müsabiqədənkənar qəbul olunacaqlar.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar