Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Sabahkı imtahanda abituriyentlər bunları etsin

Tarix: 11-05-2019 17:54     Baxış: 3351 A- / A+
Sabahkı imtahanda abituriyentlər bunları etsin

Ali məktəblərə qəbul imtahanı çox ciddi prosesdir və burda bir neçə vacib nüansa diqqət yetirmək lazımdır ki, uğur qazanasan.

Manevr.az xəbər verir ki, bu sözləri axar.az-a təhsil eksperti Kamran Əsədov deyib. O, imtahan prosesinin gedişatı barədə məlumat verib:

“Bu il tamamilə yeni formatda keçiriləcək qəbul imtahanlarında artıq elektron ərizə qəbulu başa çatıb və ərizələrini təsdiq edənlər imtahanlara başlayacaqlar. Abituriyentlər özləriylə mütləq qara və ya tünd göy rəngdə yazan, mürəkkəb axıtmayan diyircəkli qələm və HB sərtliyində sadə karandaş, qələmyonan, pozan gətirməlidir. Həmçinin abituriyentlər mütləq şəkildə şəxsiyyəti təsdiq edən sənədi və imtahana buraxılış vərəqəsini də özləriylə aparmalıdırlar. Bu sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda, abituriyentlər imtahana buraxılmayacaq. Vacib bir məqamı qeyd edim ki, imtahanın başlamasına 15 dəqiqə qalmış imtahan binasına buraxılış başa çatır və bundan sonra gələn abituriyentlər imtahana buraxılmır. Ona görə də imtahan iştirakçıları gecikməməlidirlər. Səlahiyyətli nümayəndələr imtahan iştirakçılarını yoxladıqdan sonra onları içəriyə buraxacaq. İmtahan zalında imtahana buraxılış vərəqəsində göstərilən sıra və yerdə oturduqdan sonra iştirakçı nəzarətçinin izahatını diqqətlə dinləməlidir. Nə isə aydın olmadıqda, əllərini qaldırıb nəzarətçiyə müraciət etməlidirlər ki, sonra peşman olmasınlar. İzahat işi qurtardıqdan sonra abituriyentə iş nömrəsi, soyadı, adı və atasının adı çap edilmiş cavab kartı və cavab vərəqi verilir. Cavab kartı qapalı və 3 kodlaşdırılması tələb olunan açıq tipli tapşırıqların cavablarının qeyd olunması üçündür. Cavab vərəqi isə ətraflı şəkildə yazılı cavablandırılması tələb olunan tapşırıqların cavablarının qeyd olunması üçündür. Cavab kartı və cavab vərəqindəki məlumatlar optik qurğu vasitəsilə oxunur. Ona görə işarələyərkən ehtiyatlı olmaq lazımdır. Cavab kartındakı dairələri tam qaralamaq olar, amma kartın əks üzünün qabarmaması üçün qələm bərk basılmamalıdır. Bundan sonra abituriyentlərə üzərində iş nömrəsi, soyadı, adı və atasının adı çap edilmiş cavab kartı və cavab vərəqində göstərilmiş varianta uyğun sual kitabçası verilir. Bundan sonra ən ciddi proses başlayır: 1. Abituriyenlər sual kitabçasında verilmiş 1-22, 31-52, 61-82 saylı qapalı test tapşırıqlarının hər birinə verilmiş 5 cavab variantından düzgün hesab edilən bir cavabı seçməli və cavab kartında müvafiq sualın nömrəsini tapıb və seçdikləri cavaba uyğun dairəni tam qaralamalıdır. Əgər bir suala cavab olaraq birdən çox dairə qaralanarsa, həmin cavab səhv hesab edilir. 2. Abituriyent 23-26, 53-56 və 83-86 saylı hesablama, seçim və xronologiya tipli açıq test tapşırıqlarının hər birinin cavabını (rəqəmlər və varsa, nöqtə ardıcıllığını) cavab kartında bu cavab üçün nəzərdə tutulmuş damalara sol xanadan başlayaraq aydın şəkildə yazmalıdır. Sonra hər damanın altındakı sütunda uyğun rəqəmi (nöqtəni) tapıb onun yerləşdiyi dairəni tam qaralamalıdır. Əgər eyni bir sütunda birdən çox dairə qaralanarsa, onda cavab səhv hesab edilir. 3. 27, 57 və 87 saylı uyğunluğu müəyyənetmə tipli açıq test tapşırıqlarında təqdim edilmiş iki siyahının elementləri arasındakı uyğunluqlar müəyyən edilməli və cavab kartında birinci siyahının hər bir elementinin nömrəsinə müvafiq sütunda 2-ci siyahının uyğun elementlərinə aid dairələr tam qaralanmalıdır. 4. 28-30, 58-60, 88-90 saylı situasiya və yaxud mətn üzrə təqdim olunan açıq test tapşırıqlarının hər birinin cavabını isə cavab vərəqində həmin tapşırıq üçün ayrılmış hissəyə çərçivədən kənara çıxmadan səliqəli və oxunaqlı xətlə yazmalıdırlar”.

Qeyd edək ki, sabah I və IV ixtisas qrupları üzrə birinci (yaz) qəbul imtahanı keçiriləcək.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar