Xəbər lenti
Azərbaycan dili fənni üzrə keçirilən test imtahanı yekunlaşıb
Bu gün tədris Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən Azərbaycan dilindən fərqli dillərdə aparılan ümumi təhsil müəssisələrinin 9-cu və 11-ci sinif şagirdləri, həmçinin ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanını rus dilində verən abituriyentlər üçün Azərbaycan dili imtahanı keçirilib.
Manevr.az xəbər verir ki, imtahanlar Bakı, Sumqayıt, Naxçıvan, Şəmkir, Gəncə, Mingəçevir, Şəki, Zaqatala, Bərdə, Göyçay, Lənkəran, Şirvan, Qusar və Xaçmaz şəhərlərində, ümumilikdə 41 binada aparılıb. İmtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlayıb və 45 dəqiqə davam edib. İmtahanda 15648 nəfərin iştirakı nəzərdə tutulub.
İmtahanların idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərib, gün ərzində imtahan mərkəzləri ilə müntəzəm əlaqə saxlanılıb və imtahan prosesinin gedişinə nəzarət olunub. İmtahan iştirakçılarının öz bilik və bacarıqlarını nümayiş etdirmələri üçün bütün imtahan mərkəzlərində lazımi imtahan şəraiti yaradılıb.
Cari ilin (9 və 11-ci sinif) məzunlarının imtahan üzrə toplaya biləcəkləri maksimal bal 100 baldır. Səhv cavablar yekun bala təsir göstərmir. Balları hesablayarkən düzgün cavabların sayı 10-a vurulduqdan sonra 3-ə bölünür. Bu imtahanın nəticəsi şagirdin yekun attestasiya sənədinə yazılacaq. Ali və ya orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün abituriyentlərin balı 50 və daha yuxarı olduqda "məqbul” qiymət almış hesab olunurlar və müsabiqəyə buraxılırlar.
Sabahdan etibarən DİM-də imtahan protokollarının və cavab kartlarının emalı aparılacaq. Nəticələrin yaxın günlərdə elan edilməsi nəzərdə tutulur.
Bu imtahanda iştirak etməyən və yaxud "qeyri-məqbul” alan abituriyentlər, həmçinin buraxılış imtahanı çərçivəsində bu fənn üzrə verdikləri imtahanda nisbi balı 50-dən az olan cari ilin məzunları mayın 26-da keçirilən ikinci imtahanda iştirak etmək üçün mayın 8-dən 14-dək qeydiyyatdan keçməklə "Azərbaycan dili” imtahanında iştirak edə bilərlər. Azərbaycan dili fənni imtahanından "məqbul” ala bilməyən abituriyentlər ali və orta ixtisas təhsili müəssisələrinin müsabiqəsinə buraxılmırlar.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar