Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Yeni orfoqrafiya lüğətinə 4000 yeni söz daxil edilib

Tarix: 01-05-2019 08:50     Baxış: 3393 A- / A+
Yeni orfoqrafiya lüğətinə 4000 yeni söz daxil edilib

Azərbaycanda yeni hazırlanan orfoqrafiya lüğətinə 4000 yeni söz daxil edilib.

Bunu trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu deyib.

Onun sözlərinə görə, Azərbaycan dilinin son orfoqrafiya lüğəti 2013-cü ildə çap edilib. Həmin dövrdən sonrakı 6 il ərzində dilimizə daxil olan yeni sözlər cəmlənərək yeni lüğətə daxil edilib.

M.Nağısoylu əlavə edib ki, ümumilikdə yeni lüğətdə 112 minə yaxın söz cəmlənib.

Hazırda lüğət üzərində redaktə işlərinin aparıldığını deyən akademikin sözlərinə görə, mayın sonunda yeni orfoqrafiya lüğətinin hazırlanması prosesinin yekunlaşması və çap üçün təqdim edilməsi nəzərdə tutulur.

M.Nağısoylu qeyd edib ki, Nazirlər Kabineti tərəfindən Azərbaycan dilinin yeni orfoqrafiya normaları təsdiqləndikdən sonra lüğətə həmin normalar əsasında yazılaraq daxil edilən sözlərin sayı o qədər də çox deyil:

"Yeni normaları biz əvvəldən nəzərə almışdıq. Ona görə də yeni normaların təsdiqlənməsi yeni lüğətin hazırlanmasına və lüğətdə ciddi dəyişikliklərin edilməsinə təsir göstərməyib".
Qeyd edək ki, AMEA Orfoqrafiya Komissiyası və Dilçilik İnstitutu tərəfindən 69 maddədən ibarət "Azərbaycan dilinin orfoqrafiya qaydaları" layihəsi hazırlanmışdı. Aparılan müzakirələrdən sonra Orfoqrafiya Komissiyasının iclasında sözlərin yazılışı ilə bağlı təklif edilən bəzi məsələlər qəbul edilməyib. Bunlar ərəb mənşəli -iyyat, -iyyət və -iyyə şəkilçilərində qoşa "y" samitindən birinin düşməsi, Avropa dillərindən alınma sözlərdə söz ortasında qoşa "m" hərflərindən birinin düşməsi ilə bağlı olub.

"Rəbb" və "Tanrı" sözlərinin böyük hərflə yazılması yeni orfoqrafiya qaydaları layihəsində öz əksini tapsa da, bu məsələ də sonradan müzakirədən çıxarılmışdı.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar