Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

“Məktəblərdə din dərsinin keçirilməsi düzgün deyil, yerinə bu tədris olunsun”

Tarix: 30-04-2019 20:29     Baxış: 3303 A- / A+
“Məktəblərdə din dərsinin keçirilməsi düzgün deyil,  yerinə bu tədris olunsun”

“Məktəblərdə ictimai elmlər, fəlsəfə və onların əsasları kimi fənlər tədris olunmalıdır. Belə dərslərin keçirilməsi daha doğrudur, nəinki din. Çünki din elm deyil. Vicdan, əxlaq və bu kimi mənəvi hisslər elmlə təhlil olunmur. Bunlar insanın öz daxili dünyasının məhsuludur”.

Bunu azedu.az-a açıqlamasında Xəzər Universitetinin təsisçisi və Himayədarlar Şurasının sədri, professor Hamlet İsaxanlı deyib.

Qeyd edək ki, 2019-2020-ci tədris ilindən IV-VIII sinif şagirdləri üçün dini biliklərin daha geniş şəkildə yer aldığı təkmilləşdirilmiş “Həyat bilgisi” dərsliklərinin tədris edilməsi nəzərdə tutulub.

Bu mövzu cəmiyyət tərəfindən birmənalı qarşılanmayıb və müxtəlif fikir ayrılıqlarına səbəb olur.

Hamlet İsaxanlı dini dərslərin keçirilməsini düzgün hesab etmədiyini deyir:

“Fəlsəfə fənninin daxilində dinə də xüsusi yer ayrılıb.Amma burada çox dərinliyinə varılmır.

Məcburi din dərsi keçmək əvəzinə, onun yerinə fəlsəfi istiqamətdə olan dərslər keçirilməlidir”.

Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Fazil Mustafaya görə belə fənnin tədris olunması normal haldır.

Bu dərsin“Həyat Bilgisi adı altında keçirilməsi müsbət addımdı.Tək din dərsini öyrətməkdənsə, onun bir fənn adı altında ümumi şəkildə tədrisi təqdirəlayiq haldır.

Dünyəvi dövlətdə dini dərsin ixtisaslaşmış formada keçirilməsi məqsədəuyğundu.

Bütün hallarda bu mövzuya müsbət yanaşıram.İslam dininin Azərbaycanda tutduğu mövqe üstün olduğu üçün onun tədrisinə daha geniş yer ayrılması düzgündü.İslamiyyətə bağlı ölkə olduğumuz üçün bu daha məqsədə uyğundu”.

Qeyd edək ki, hazırda istifadə olunan “Həyat bilgisi” dərsliyində dini biliklərlə bağlı məlumatlar olsa da, təkmilləşdirilmiş variantda bu məlumatlar daha da genişləndirilib. Təkmilləşdirilmiş yeni dərsliklərin sentyabrdan şagirdlərin istifadəsinə verilməsi nəzərdə tutulur.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar