Xəbər lenti
Azərbaycanda ən çox qanunsuzluq edən universitetlər açıqlandı - SİYAHI

Hesablama Palatası ötən il həyata keçirdiyi nəzarət tədbirlər nəticəsində ən çox nöqsan aşkar etdiyi ali təhsil müəssisələrinin adlarını və onların yol verdikləri nöqsanların mahiyyətini açıqlayıb.
Bunlar Azərbaycan Tibb Universiteti (ATU), Bədən Tərbiyəsi və İdman Akademiyası (BTİA) və Bakı Slavyan Universitetidir (BSU).
Bu təhsil ocaqları 2018-ci ilə büdcə qanunvericiliyini müvafiq olaraq 7, 6 və 5 dəfə pozublar.
Belə ki, dövlət satınalmaları ilə bağlı nöqsanlara isə ATU-da 3, BTİA-da 5, BSU-da isə 6 dəfə rast gəlinib. Həmçinin mühasibat uçotu və hesabatlılıq ilə bağlı ATU 4, akademiya 4, BSU isə 6 nöqsana yol verib.
Bundan başqa, qeyd olunan dövrdə ATU-da əsaslı qoyuluşlar üzrə nöqsanlar 2, dövlət əmlakının istifadəsi ilə bağlı nöqsanlar 1, vergi və gömrük qanunvericiliyinin pozulması isə 2 dəfə baş verib.
BTİA-nın büdcədənkənar fond, sosial təminat və sosial müdafiə ilə bağlı fəaliyyətində də 1 nöqsan qeydə alınıb.
Ümumilikdə, bu ali təhsil müəssisələrində il ərzində baş vermiş nöqsanların yekun sayı müvafiq olaraq 19, 16 və 17-dir./report/
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar