Xəbər lenti
Aİİ-də “Gözəl Quran oxuma” müsabiqəsi təşkil olunub - ŞƏKİLLƏR
Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) Tələbə Elmi Cəmiyyətinin (TEC) təşkilatçılığlı ilə “Gözəl Quran oxuma” müsabiqəsi keçirilib.
Manevr.az-ın verdiyi xəbərə görə, müsabiqədə Aİİ-nin İlahiyyat fakültəsinin tələbələri iştirak ediblər. İlahiyyat fakültəsinin dekanı, fəlsəfə üzrə fəlsəfə doktoru Mirniyaz Mürsəlov, dekan müavini, fəlsəfə üzrə fəlsəfə doktoru Kövsər Tağıyev və İnstitutun Baş müəllimi Ənvər Mustafayev münsiflər heyətində təmsil olunublar.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə çıxış edən Aİİ rektoru Ceyhun Məmmədov ali tədris müəssisəsinin istedadlı və bacarıqlı tələbələrin üzə çıxarılması istiqamətində müxtəlif tədbirlər həyata keçirdiyini diqqətə çatdırıb. Müsabiqənin əhəmiyyətini vurğulayan C.Məmmədov tələbələrin bilik səviyyələrini, bacarıq imkanlarını nümayiş etdirmələri baxımından, bu istiqamətdə təşkil olunan müsabiqə və bilik yarışlarının xüsusi rol oynadığını bildirib.
Sonra İlahiyyat fakültəsinin dekanı, fəlsəfə üzrə fəlsəfə doktoru Mirniyaz Mürsəlov gənclərə tövsiyələrini verib, həmçinin müsabiqənin şərtləri haqqında ətraflı bəhs edib. Bu müsabiqənin tələbələrə təcrübə qazanmaq imkanı verdiyini bildirib. Həmçinin, gənclərə gələcəkdə geniş auditoriya qarşısında çıxış etmək fürsəti yaratdığını vurğulayıb.
Tələbələr tərəfindən maraqla qarşılanan müsabiqədə qaliblər münsiflər heyətinin qiymətləndirməsi əsasında müəyyənləşib. Beləliklə, “Gözəl Quran oxuma” müsabiqəsində birinci yerə IV kurs tələbəsi Məmmədov Ruslan, ikinci yerə III kurs tələbəsi Ağamirzəzadə Mirzəli, üçüncü yerə isə IV kurs tələbəsi Rəcəbov Elvin layiq görülüblər.
Müsabiqənin sonunda qaliblər mükafatlandırılıb və iştirakçılara sertifikatlar təqdim edilib.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar