Sizin Reklam Burada
Xəbər lenti
22-02-2025
21-02-2025
BÜTÜN XƏBƏRLƏR

Alimlərdən SENSASİON KƏŞF: əvvəlcə heyvanlara yerləşdirəcək

Tarix: 16-04-2019 07:37     Baxış: 3307 A- / A+
Alimlərdən SENSASİON KƏŞF: əvvəlcə heyvanlara yerləşdirəcək

İsrail alimləri tibb elmi və texnologiya sahəsində sensasiya olan kəşfə imza atıblar. Onlar pasiyentin hüceyrələrindən 3D formatında ürək hazırlayıblar.

Manevr.az Azərtac-a istinadən xəbər verir ki, Təl-Əviv Universitetinin alimləri iddia edirlər ki, canlı hüceyrələrdən hazırlanmış bu ürək gələcəkdə xəstələrə də transplantasiya edilə bilər. Dovşan ürəyi ölçüsündə olan 3D formatında ürək insan üçün kiçikdir, onun ölçüsü cəmi 2,5 santimetrdir. Lakin canlılar üçün ən vacib olan bu orqanın bütün funksiyaları - ürək qapağı, damarların fəaliyyəti təmin olunub. Onun ən mühüm xüsusiyyəti isə pasiyentin bioloji materialından olmasıdır.

Tədqiqata rəhbərlik edən professor Tal Dvirin sözlərinə görə, bioloji materialdan hazırlanan bu ürək orqanizm tərəfindən rədd edilə bilməz. O əlavə edib ki, gələcəkdə insan ürəyi ölçüsündə orqan hazırlanması üçün milyardlarla hüceyrə tələb olunacaq.

İsrailli alimlər əvvəlcə bu ürəyi heyvanlara yerləşdirəcək və bundan sonra insan ürəyi hazırlamaq üçün həmin texnologiya və bioloji materialdan istifadə edəcəklər.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar