Sizin Reklam Burada
Xəbər lenti
04-11-2026
03-11-2026
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanlı məktəbli Gürcüstanda müsabiqənin qalibi olub

Tarix: 15-04-2019 07:39     Baxış: 3489 A- / A+
Azərbaycanlı məktəbli Gürcüstanda müsabiqənin qalibi olub

Gürcüstanda qeyri-gürcü dilli məktəblərin və bölmələrin IX sinif şagirdləri arasında keçirilən “Mən gürcü dilində yazıram” adlı imla müsabiqəsi başa çatıb.

Manevr.az xəbər verir ki, bu gün Gürcüstanda qeyd olunan Ana dili gününə həsr olunmuş tədbirlər çərçivəsində qaliblər elan olunub.

Üç qalib arasında Qardabani rayonunun Vaxtanqisi kəndinin 1 saylı ictimai məktəbinin şagirdi Aytən Mehdiyeva da var.

Məktəbli müsabiqəyə qatılarkən qələbə qazanacağına inanmadığını bildirib:

“Müsabiqədə iştirak etmək çox xoş oldu. Mətn mənim üçün çətin olmadı. Sevinirəm ki, mən də qalib gəldim”.

Qalibləri təbrik edən barışıq və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət naziri Ketevan Sixelaşvili müsabiqənin əhəmiyyətindən danışıb:

“Gürcü dilini bilmək hər bir Gürcüstan vətəndaşının uğur əldə etməsi üçün əsas şərtdir. Dövlət dilini bilən vətəndaşlar ölkənin bütün sahələrində fəal iştirak edə bilirlər. Şadam ki, milli azlıqları təmsil edən çox sayda gənc öz ana dilləri ilə yanaşı dövlət dilində də danışa bilirlər”.

K.Sixelaşvili daha sonra qalibləri sertifikat və hədiyyələrlə təltif edib.

Qeyd edək ki, imla müsabiqəsi Gürcüstanın Barışıq və Vətəndaş Bərabərliyi Məsələləri üzrə Dövlət Naziri Aparatının təşəbbüsü və Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyinin dəstəyi ilə keçirilib. Yarışmanın əsas məqsədi dövlət dilinin təbliği, milli azlıqlardan olan şagirdlərin gürcü dilində yazı imkanlarının inkişaf etdirilməsi olub.report


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar