Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

“Yoxlama prosesində müəyyən səhvlər ola bilər” - Ekspert buraxılış imtahanından danışdı

Tarix: 14-04-2019 14:46     Baxış: 3280 A- / A+
“Yoxlama prosesində müəyyən səhvlər ola bilər” - Ekspert buraxılış imtahanından danışdı

“Əgər insan faktoru yoxlama prosesində olacaqsa, səhvlərin olacağı qaçılmazdır”.
Bu sözləri təhsil eksperti Kamran Əsədov bu ildən yeni formatda keçiriləcək buraxılış və qəbul imtahanları haqqında danışarkən bildirib.

Ekspert vurğulayıb ki, test imtahanları ilə bağlı təhlükəsizlik yüksək səviyyədə olsa da, insan faktorunun yer alması durumu bir qədər mürəkkəbləşdirir: “İlk növbədə qeyd etmək istəyirəm, ölkədə 27 ildən çoxdur ki, ali təhsil, orta ixtisas təhsili, buraxılış imtahanları, dövlət qulluğuna qəbul və digər imtahanları həyata keçirən Dövlət İmtahan Mərkəzinin imtahanların təhlükəsizliyi ilə bağlı fəaliyyəti yüksək səviyyədə həyata keçirilib. Test tapşırıqlarının seçilməsi, sual kitabçalarının hazırlanmasına prosesi xüsusi diqqət yetirilib və bu prosesdə təhlükəsizlik yüksək səviyyədə təşkil olunub. Amma bu o demək deyil ki, qəbul və buraxılış imtahanlarında açıq tipli, situasiya tipli test tapşırıqlarını yoxlayacaq markerlər yoxlama zamanı səhvə yol verməyəcək. 100 faiz səhvsiz imtahan yoxlamaq mümkün deyil. Bu hətta dünyada ən nüfuzlu beynəlxalq imtahanlar olan İELTS, TOEFL, SAT, GMAT imtahanlarının yoxlanılmasına da aiddir. Əgər insan faktoru yoxlama prosesində olacaqsa, səhvlərin olacağı qaçılmazdır”.

Ekspertin sözlərinə görə, yoxlama prosesində müəyyən səhvlərin olması mümkündür: “Çünki yoxlayan şəxslər qısa müddətdə, 2-3 ayda təlim kursu keçən markerlərdir, onların müəyyən hissəsi magistrlardır, yəni pedaqoji fəaliyyətlə məşğul olmayan şəxslərdir. Sadəcə olaraq, Dövlət İmtahan Mərkəzi bu xətaların minimuma endirilməsi üçün çalışır. Nəzərə alsaq ki, qısa müddətdə Dövlət İmtahan Mərkəzi bir neçə imtahan keçirəcək və orada iştirak edən şagirdlərin, abituriyentlərin sayı 200 mindən ümumi çox olacaq, bu isə yoxlanılacaq test tapşırıqlarının sayının 10 milyonlarla olacağı deməkdir. Əlbəttə ki, bu qədər böyük sayın qarşısında 100 faizlik doğru cavablandırma insan faktoru ilə mümkün deyil. Bunun əksini iddia etmək isə absurddur”.

Kamran Əsədovun sözlərinə görə, bu, heç də keçirilən imtahanlarda yoxlama prosesinin qeyri-şəffaf olacağı, kənar müdaxilənin mümkünlüyü anlamına gəlmir: “Sadəcə olaraq, bəzi yoxlayıcı markerlər kiçik xətalara yol verə bilərlər. Bu da daha çox riyaziyyat və Azərbaycan dili fənnində baş verir. Səbəbi isə imtahan iştirakçılarının xəttinin yoxlayıcı markerlər tərəfindən yaxşı oxuna bilməməsi və ya cavabın birbaşa yazılması ilə bağlı olur. İmtahan nəticələrinin gec açıqlanmasının səbəbi əllə yazılmış test tapşırıqlarının sayının çox olması ilə bağlıdır. Hesab edirəm ki, Dövlət İmtahan Mərkəzi öz ətrafında 27 ildir ki, formalaşmış ədalətli, şəffafliq, biliyin qiymətləndirilməsi kimi müsbət tendensiyaları bundan sonra da davam etdirəcək. Dövlət İmtahan Mərkəzi keçirdiyi imtahanlara görə, imtahan prosesində təhlükəsizlik tədbirlərinə görə dünyada ən yüksək qiymətləndirilən qurumlardan biridir. Amma 7 apreldə keçirilən imtahanlarda bu prinsip bir az pozulmuşdu. Təəssüflər olsun ki, imtahan təşkilatlarının səhlənkarlığı və qeyri peşəkarlığı nəticəsində bəzi imtahan iştirakçıları sual kitabçasını götürə bilmişdilər. Bu, əlbəttə ki, xoşagəlməz haldır”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar