Xəbər lenti
DİM-dən XƏBƏRDARLIQ - Bu şəxslər qəbul imtahanına buraxılmayacaq - VİDEO
11-ci sinif şagirdləri üçün ötən gün keçirilmiş buraxılış imtahanları ilə bağlı bir məsələ ortaya çıxıb. Bəzi abituriyentlər imtahan suallarını sosial şəbəkələrdə paylaşıblar. Halbuki sual kitabçasını imtahan binasından çıxarmaq qadağandır. Dövlət İmtahan Mərkəzi bu məsələ ilə bağlı xəbərdarlıq edib. Hətta həmin şagirdlərin imtahan nəticələri ləğv oluna bilər.
Buraxılış imtahanının sual kitabçasındakı sualların fotosunu çəkərək sosial şəbəkələrdə paylaşıblar.
Ötən gün 11-ci sinif şagirdləri üçün keçirilən buraxılış imtahanında sual kitabçası nəzarətçiyə təhvil verilməli olduğu halda, bəzi abituriyentlər imtahana düşən sualları sosial şəbəkələrdə paylaşıblar. Bəzi müəllimlər də həmin sualların cavablarını və həlli yollarını digər abituriyentlərə təqdim ediblər.
Məsələ ilə bağlı Dövlət İmtahan Mərkəzinin mətbuat xidmətinin rəhbəri Xanlar Xanlarzadə xəzər xəbər-ə bildirdi ki, buraxılış imtahanlarından sual kitabçalarının çıxarılması qəti şəkildə qadağandır. Onun sözlərinə görə, müxtəlif üsullarla sual kitabçasını imtahandan çıxaran və ya şəklini çəkib internetdə yayan abituriyentlər cəzalandırılacaq.
Xanlar Xanlarzadə növbəti günlərdə keçiriləcək buraxılış imtahanlarında oxşar sualların salınması məsələsinə də aydınlıq gətirib.
Qeyd edək ki, ötən gün Bakı və Şirvan şəhərləri, həmçinin Naxçıvan Muxtar Respublikasının orta ümumtəhsil müəssisələrinin 11-ci sinfində təhsil alan 27 min 659 şagird üçün buraxılış imtahanı keçirilib.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar