Xəbər lenti
Rezidenturaya qəbul imtahanı keçirilir

Dövlət İmtahan Mərkəzi (DİM) aprelin 7-də rezidenturaya qəbul imtahanının birinci mərhələsini keçirir.
Manevr.az-ın xəbərinə görə, rezidenturaya qəbul imtahanı Bakı şəhərində 3 binada, Naxçıvan şəhərində isə 1 binada keçiriləcək.
İmtahan bütün binalarda saat 11.00-da başlayacaq və 2 saat 30 dəqiqə davam edəcək.
Rezidenturaya ərizə qəbulu internet vasitəsilə fevralın 14‑dən 28-dək aparılıb. İmtahanda iştirak etmək üçün 930 namizəd ərizə təqdim edib. Onlardan 798 nəfər Azərbaycan, 132 nəfər isə rus bölməsi üzrə imtahan verəcək. Ərizə verənlərin 358 nəfəri oğlan, 572 nəfəri isə qızlardır. Namizədlərdən 319-u cari ilin, 611-i isə əvvəlki illərin məzunlarıdır, 13 nəfər xarici ölkə vətəndaşıdır.
İmtahanın idarə olunmasına 9 imtahan rəhbəri, 86 nəzarətçi-müəllim cəlb olunacaq.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Ədəbiyyat
Kriminal
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar