Sizin Reklam Burada
Xəbər lenti
19-01-2025
18-01-2025
BÜTÜN XƏBƏRLƏR

Yeni rektor ad gününü yataqxanada tələbələrlə keçirdi - ŞƏKİL

Tarix: 05-04-2019 12:36     Baxış: 3449 A- / A+
Yeni rektor ad gününü yataqxanada tələbələrlə keçirdi - ŞƏKİL


Bakı Dövlət Universitetinin yeni rektoru Elçin Babayev ad gününü universitetin yataqxanasında tələbələrlə keçirib.

Bu barədə məlumatı universitetin sosial şəbəkə səhifəsinə tələbələrdən biri yazıb.

Məlumata görə, rektor yataqxana şəraiti ilə də maraqlanıb və lazımi qeydlər götürüb.

"Axşamüstü, saat 7-8 olardı. Dedilər, rektor otaqlara baxır, şəraitlə tanış olur. Koridora çıxdıq. Ayaqüstü söhbətdən sonra zala yığışdıq. Suallar üçün tam şərait yaratdı, problemlərimizi dinlədi. Gəmirici, ağcaqanad, istilik, internet xətti, pəncərə toru, ödəniş... - ürəyimizi boşaltdıq. Qeydlər apardı. Axır ki, yolu yataqxana otaqlarından düşən, problemimizlə yerindəcə maraqlanan rektorumuz da oldu.

Rektor özüylə şirniyyat gətirmişdi. Sonra öyrəndik ki, ad günüymüş. Rektorun ad gününü bizimlə keçirməsi ikiqat sevinc oldu. Təbrik edirik sizi, Elçin müəllim və problemlərimizin həllinə kömək göstərəcəyinizə inanırıq”, - tələbələr məlumat verib.

Qeyd edək ki, bu il martın 11-də Prezident İlham Əliyevin sərəncamı ilə BDU-ya rektor təyin edilən Elçin Babayev tələbələrlə açıq və səmimi münasibəti, fərqli idarəeməsi ilə gündəmə gəlir./kult.az

Manevr.az


Yeni rektor ad gününü yataqxanada tələbələrlə keçirdi - ŞƏKİL

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar