Xəbər lenti
Builki qəbul imtahanlarında ixtisaslar üzrə keçid balları belə olacaq - SİYAHI
Bu ildən ali təhsil müəssisələrinə I-IV ixtisas qrupları üzrə qəbul imtahanı iki mərhələdə həyata keçiriləcək və imtahanın ikinci mərhələsi iki dəfə (yaz və yay sessiyaları) olacaq. Abituriyentlər hər iki imtahanda (hər sessiyada bir dəfə olmaqla) iştirak edə bilərlər. İkinci mərhələ üzrə hər iki imtahanda iştirak edən abituriyent ikinci imtahanı birincidəkindən fərqli ixtisas qrupu üzrə də verə bilər.
Abituriyentlər eyni zamanda ali təhsil müəssisələrinin I-IV ixtisas qruplarına daxil olan ixtisaslar, V ixtisas qrupuna daxil olan ixtisaslar və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin ixtisasları üzrə müsabiqədə iştirak edə bilərlər. Bunun üçün onlar ərizələrində müvafiq istəklərini bildirməlidirlər.
Manevr.az bildirir ki, təhsil eksperti Kamran Əsədov qarşıdakı ali məktəb imtahanlarına dair bəzi məlumatlar paylaşıb.
Ali məktəblərə qəbul zamanı xarici dil tələblərinə toxunan K.Əsədov bildirib ki, Azərbaycan Dillər Universitetində təhsil almaq istəyən abituriyentlərin imtahan verəcəyi xarici dil seçiminə müəyyən məhdudiyyətlər qoyulur.
“Dövlət Gömrük Komitəsinin Akademiyasında təhsil almaq istəyən abituriyentlər ərizələrində imtahan verəcəyi xarici dil kimi ingilis dilini seçməlidirlər.
Milli Aviasiya Akademiyasının I qrup ixtisasları üzrə təhsil almaq istəyən abituriyentlər ərizələrində imtahan verəcəyi xarici dil kimi ingilis dilini seçməlidirlər.
Lənkəran Dövlət Universitetinin “Xarici dil müəllimliyi (ingilis dili üzrə)” və “Tərcümə (ingilis dili üzrə)” ixtisaslarını qəbul imtahanında xarici dil kimi ingilis dilindən imtahan vermiş abituriyentlər seçə bilərlər”, - deyə ekspert bildirib.
K.Əsədov bildirib ki, qəbul imtahanının birinci mərhələsində (cari ilin məzunları üçün buraxılış imtahanı) iştirak etməyən abituriyent ikinci mərhələyə, ikinci mərhələdə iştirak etməyən abituriyent isə I-IV ixtisas qrupları üzrə ixtisas seçiminə buraxılmır.
Azərbaycan Respublikasının tam orta təhsil müəssisələrini cari ildə bitirən abituriyent birinci mərhələ üzrə imtahan vermir və onun buraxılış imtahanında əldə etdiyi nəticəsi qəbul imtahanının birinci mərhələsinin nəticəsi kimi götürülür.
K.Əsədov rəsmi məlumatlar əsasında ixtisas qrupları üzrə keçid balları haqda da məlumat verib.
O, keçid ballarınln qruplar üzrə belə müəyyənləşdirildityini qeyd edib:
“I ixtisas qrupu üzrə:
- Müsabiqəyə ümumi balı 200-dən, 100-dən az olmayan abituriyentlər buraxılır;
II ixtisas qrupu üzrə:
- Müsabiqəyə ümumi balı 200-dən, imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan abituriyentlər buraxılır;
III ixtisas qrupu üzrə:
- Müsabiqəyə ümumi balı 200-dən, imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan abituriyentlər buraxılır;
IV ixtisas qrupu üzrə:
- Müsabiqəyə ümumi balı 200-dən, imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan abituriyentlər buraxılır”.
Ekspertin sözlərinə görə, imtahanın birinci mərhələsi üzrə minimum bal məhdudiyyəti yoxdur.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar