Xəbər lenti
Kolleci bitirənlərə ŞAD XƏBƏR - Bu qayda ilə ali məktəbə daxil ola biləcəksiniz

Azərbaycanda orta ixtisas təhsilini bitirən subbakalavrların ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbulu ilə bağlı Təhsil Nazirliyində hazırlanmış qaydalar Nazirlər Kabinetinə təqdim edilib.
Manevr.az xəbər verir ki, hazırda sənəd layihəsi razılaşdırma mərhələsindədir. Qaydaların yeni tədris ili üçün aparılan qəbul kampaniyası dövrünədək təsdiq və builki tələbə qəbulu zamanı tətbiq ediləcəyi gözlənilir.
Bu qaydalara əsasən subbakalavrlar ali təhsil müəssisələrinin yalnız müvafiq ixtisaslarına, yəni subbakalavrın təhsil aldığı ixtisasa uyğun olan ixtisasa qəbul olmaq istədiyi halda müsabiqədə iştirak edə biləcək. Belə subbakalavrlar ali məktəblərə qəbul üçün keçirilən imtahanlarda iştirak etməyərək müsabiqənin birbaşa ixtisaslaşma mərhələsinə buraxılacaqlar. Subbakalavrların qəbul olunacaqları ixtisasların siyahısı isə Təhsil Nazirliyi tərəfindən müəyyən ediləcək.
Yeni qaydalar layihəsində bakalavriatı (əsas (baza ali) tibb təhsilini) başa vurmayan şəxslərin öz arzusu ilə orta ixtisas təhsili pilləsinə köçürülməsi məsələsi də öz əksini tapıb. Layihədə bu prosedurun sadələşdirilməsi, belə tələbələrin ali məktəbdə topladığı kreditlərin kollecə qəbul zamanı nəzərə alınması nəzərdə tutulur./trend
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar