Xəbər lenti
ADPU-da inklüziv təhsillə bağlı təlim keçirilib - ŞƏKİLLƏR
Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Azərbaycan Respublikası Təhsil Cəmiyyəti və Beynəlxalq Liberal Maarifçilik Mərkəzi İctimai Birliyinin birgə təşkil etdiyi “İnklüziv təhsil: beynəlxalq təcrübə və real vəziyyət” mövzusunda təlim keçirilib.
Təhsil Cəmiyyəti İdarə Heyətinin üzvü Taleh Şahməmmədov təlimin ADPU-da keçirilməsinə şərait yaratdığı üçün rektor, professor Cəfər Cəfərova minnətdarlığını bildirib, təlimdə paytaxt və bölgələrdə çalışan 30-a yaxın müəllim və digər təhsil işçilərinin iştirak etdiyini vurğulayıb.
Açılışda çıxış edən ADPU-nun Korreksiyaedici kafedrasının müdiri, dosent Nailə Hüseynova inklüziv təhsillə bağlı keçirilən təlimin əhəmiyyətini qeyd edərək bildirib ki, Azərbaycan dövləti qüsurlu uşaqların təlim və təhsili üçün lazım olan bütün şəraiti təmin etmək məqsədilə geniş tədbirlər həyata keçirir. N. Hüseynova bu istiqamətdə Heydər Əliyev Fondunun gördüyü işlərin böyük rolunun olduğunu vurğulayıb.
Təhsil Cəmiyyəti İdarə Heyətinin sədri, dosent Nuğay Əliyev təlim iştirakçılarını salamlayıb, belə həssas bir mövzuya diqqətlə yanaşıb təlimə qatıldıqları üçün təşəkkürünü bildirib.
Təlimdə Təhsil Nazirliyi Təhsil İnstutunun əməkdaşı dosent Dilarə Dostuzadə və Türkiyənin Səbahəddin Zaim Universitetinin əməkdaşı, psixoloq-terapevt Gülşən Özdəmir təlimçi olaraq müxtəlif mövzularda çıxış ediblər. Gün ərzində davam edən təlim iştirakçıların fəallığı şəraitində yekunlaşıb.
Sonda bütün təlim iştirakçılarına beynəlxalq dərəcəli sertifikat verilib.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar