Xəbər lenti
Qahirə Universitetində Azərbaycan dili tədris olunur
“Vətənpərvər” - Azərbaycanın Misirdəki Diaspor Təşkilatları Birliyi Qahirə Universitetinin ədəbiyyat fakültəsinin “Şərq dilləri” bölməsində Azərbaycan dilinin tədrisinə başlayıb.
Manevr.az xəbər verir ki, Azərbaycan dilini tələbələrə birliyin sədri, tədqiqatçı-alim Seymur Nəsirov tədris edir. Dərslərdə universitet tələbələrinə ölkəmizin qədim tarixi, zəngin mədəniyyəti və ənənələri, Ermənistanın ölkəmizə qarşı təcavüzü və torpaqlarımızın işğalı, Xocalı soyqırımı barədə də məlumat verilir.
Universitetin 4-cü kursunda tədris edilən Azərbaycan dili dərslərində yüzə yaxın tələbə iştirak edir. Azərbaycan dilini öyrənməyə böyük maraq göstərən gənclər dili daha yaxşı mənimsəmək üçün dərsdənkənar əlavə kursların təşkili ilə bağlı Seymur Nəsirova müraciət ediblər.
Birliyin sədri bunun üçün bütün imkanların olduğunu bildirərək yaxın günlərdə Qahirədəki diaspor mərkəzində Azərbaycan dilini öyrənmək istəyən yeni tələbələrə əlavə kursların təşkil olunacağını söyləyib.
2017-2018-ci illər ərzində Qahirə Universitetində Azərbaycan dilini öyrənən tələbələrdən bir qrupu hazırda diaspor mərkəzində təhsilini davam etdirirlər. Artıq o tələbələr arasında Azərbaycan dilindən ərəb dilinə məqalələr tərcümə etmək səviyyəsində olanlar var.
Qeyd edək ki, hazırda Azərbaycanın Qahirədəki diaspor mərkəzində azərbaycanlılarla yanaşı, dünyanın 18 ölkəsindən 180-dan çox tələbə müxtəlif ixtisaslar üzrə ödənişsiz təhsil alır./teleqraf.com
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar