Sizin Reklam Burada
Xəbər lenti
22-02-2025
21-02-2025
BÜTÜN XƏBƏRLƏR

Amerikalı alim Bakıda inkluziv təhsillə bağlı mühazirə keçəcək

Tarix: 28-02-2019 23:37     Baxış: 3395 A- / A+
Amerikalı alim Bakıda inkluziv təhsillə bağlı mühazirə keçəcək

Martın 1 və 5-də Corctaun Universitetinin professoru və inkişafında məhdudiyyətləri və xüsusi tibb yardıma ehtiyacı olan uşaqlara yardım sahəsində çalışan tanınmış ekspert doktor Tobi Lonq inkluziv təhsil və davranma məsələlərinə dair muhazirələrlə çıxış edəcək.
ABŞ səfirliyindən modern.az-a verilən məlumata görə, mühazirələr martın 1-də Azərbaycan Dillər Universitetində yerləşən Amerika Mərkəzində və martın 5-də "Landmark Rotunda Hall"da keçiriləcək.

Mühazirələr təhsil sahəsində çalışan mütəxəssislər, psixoloqlar, aspirantlar, pediatorlar, və məhdudiyyətləri olan uşaqlarla işləyən şəxslər üçün açıqdır.

Daha ətraflı məlumatı ABŞ səfirliyinin feysbuk səhifəsindən əldə edə bilərsiniz

https://www.facebook.com/114366571914596/posts/2696904456994115/

Tobi Lonq Corctaun Universitetinin pediatriya fakultəsinin professorudur. O, həmçinin sözügedən universitetin İnkişaf Məhdudiyyətləri Məsələləri üzrə Mərkəzinin uşaqların inkişafı üzrə təlimçi direktorudur. Bu səfərini başa çatdırandan sonra doktor T.Lonq mayda yenidən Bakıya gəlməyi və Azərbaycan Tibb və Azərbaycan Pedoqoji universitetlərindən olan tərəfdaşları ilə işini davam etdirməyə planlaşdırır.


Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar