Sizin Reklam Burada
Xəbər lenti
22-02-2025
21-02-2025
BÜTÜN XƏBƏRLƏR

Əcnəbilərin Azərbaycanda təhsil almaq qaydaları dəyişdi

Tarix: 26-02-2019 09:37     Baxış: 3290 A- / A+
Əcnəbilərin Azərbaycanda təhsil almaq qaydaları dəyişdi


Nazirlər Kabineti "Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları"nın təsdiq edilməsi haqqında" 2010-cu il 1 iyul tarixli 129 nömrəli və "Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması Qaydaları"nın təsdiq edilməsi haqqında" 2015-ci il 1 may tarixli 125 nömrəli qərarlarında dəyişikliklər edib.

Manevr.az xəbər verir ki, dəyişikliklər əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin təhsili ilə əlaqədardır.

Beləliklə, doktoranturaya əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin qəbulu Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrə, Azərbaycan Respublikası Prezidentinin təsis etdiyi təhsil qrantı proqramına, Azərbaycan Respublikasının "Elm haqqında" və "Təhsil haqqında" qanunlarına uyğun olaraq, habelə ali təhsil müəssisəsi, elmi müəssisə və təşkilatla əcnəbi və ya vətəndaşlığı olmayan şəxs arasında bağlanılan müqavilə əsasında həyata keçirilir.

Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycanda təhsilin hər hansı pilləsində təhsil alması və ya ixtisas artırması isə Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq, dövlət tərəfindən müəyyən edilmiş kvota, təhsil qrantı proqramı və təhsil müəssisəsinin, hüquqi və fiziki şəxslərin birbaşa bağladıqları müqavilələr əsasında həyata keçirilir./trend

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar