Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Dördüncü sinif şagirdlərinin beşdə bir hissəsi oxumağı bacarmır?

Tarix: 20-02-2019 20:13     Baxış: 3365 A- / A+
Dördüncü sinif şagirdlərinin beşdə bir hissəsi oxumağı bacarmır?


Azərbaycanda dördüncü sinifdə oxuyan hər beş şagirddən dördü oxu bacarığına malikdir.

Bu göstəricilər YUNESKO-nun Statistika institutunun BMT-nin davamlı inkişaf sahəsində dördüncü hədəfinə, yəni keyfiyyətli təhsilə daha dəqiq desək, hərtərəfli, ədalətli, keyfiyyətli təhsilin təmin olunması, insanların həyatı boyu oxumağa həvəsləndirilməsinə həsr olunmuş hesabatında öz əksini tapır.

Təqdim olunmuş hesabata görə, ölkədə dördüncü sinif şagirdlərinin 80%-i minimum (təməl) oxu səviyyəsini mənimsəyib.


Manevr.az
-ın məlumatına görə, Azərbaycan bu baxımdan tədqiqata cəlb olunmuş ölkələr arasında orta göstəriciyə malikdir.

YUNESKO-nun hesabatı Təhsil nailiyyətlərinin qiymətləndirilməsi üzrə beynəlxalq assosiasiyanın xətti ilə müxtəlif ölkələrdə aparılmış araşdırılmaların nəticələrinə söykənir.

Azərbaycanın təhsil üzrə eksperti Nadir İsrafilov açıqlanan nəticələrə şübhə ilə yanaşır:

“Belə araşdırma müxtəlif qurumlar tərəfindən aparılsa da, ölkəmizdə dördüncü sinifdə oxuyan hər beşinci şagirdin oxuya bilmədiyi haqqında deyilənlər inandırıcı gəlmir. Məncə, belə statistikaya heç birinci siniflər arasında da də rast gəlmək olmaz”.

Bu mövqeyini o təhsil sahəsində aparılan işlərlə əsaslandırıb. Ekspertin sözlərinə görə, statistikaya əsasən, uşaqların 75%-i məktəbəqədər təhsil alır. Söhbət oxu bacarığından yox, hansısa xüsusi bacarıqlardan gedə bilər:

“Yəqin oxu bacarığı yox, düzgün, intonasiyalı oxunuş və s. nəzərdə tutulur. Ancaq dördüncü sinif şagirdlərinin beşdə bir hissəsinin oxuya bilmədiyini demək, ədalətsizlik olar”,- deyə N.İsrafilov bildirib.

Onun sözlərinə görə, ölkədə uşaqların savadlılıq səviyyəsinin artırılmasına yönəlmiş bir sıra tədbirlər görülür, məktəbəqədər təhsilə xüsusi diqqət ayrılır. 2020-ci ilə kimi uşaqların 90%-nin məktəbəqədər təhsillə təmin olunması planlaşdırılır./media.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar