Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Aİİ rektoru tədris və elmi tədqiqat təcrübəsinə yollanan tələbələrlə görüşüb

Tarix: 18-02-2019 20:04     Baxış: 3286 A- / A+
Aİİ rektoru tədris və elmi tədqiqat təcrübəsinə yollanan tələbələrlə görüşüb



Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) rektoru Ceyhun Məmmədov 18 fevral 2019-cu il tarixdə tədris və elmi tədqiqat təcrübəsinə yollanan tələbələrlə görüşüb.


Manevr.az
xəbər verir ki, institut rəhbəri tədris və elmi tədqiqat təcrübələrinin tələbələrin həyatında mühüm və məsuliyyətli bir mərhələ olduğunu bildirib. Tələbələrə uğurlar arzulayan rektor onlara öz tövsiyələrini bildirib, təcrübə müddətində məsuliyyətli olmağa və yaradılan şəraitdən səmərəli faydalanmağa çağırıb.

Gənclərin karyera imkanlarının genişləndirilməsində bilik və bacarığın hər zaman öndə dayandığını söyləyən rektor hər bir gəncin tələbəlik illərindən gələcək karyerası barədə düşünməli olduğunu vurğulayıb.

C.Məmmədov qeyd edib ki, rəhbərlik etdiyi İnstitutun cəmiyyət və dövlət qarşısında böyük məsuliyyəti və öhdəliyi vardır. Aİİ-də Azərbaycan xalqının tarixi ənənələrinə söykənən və dövlət siyasətinin məntiqi nəticəsi olan yüksək dini-mənəvi mühitin qorunub saxlanılmasını və inkişaf etdirilməsini təmin etmək məqsədilə yüksəkixtisaslı kadrlar hazırlanmalıdır.

Aİİ-nin İlahiyyat fakültəsinin dekanı Mirniyaz Mürsəlov bildirib ki, elmi-tədqiqat fəaliyyəti tələbələr üçün böyük əhəmiyyət daşıyır. M.Mürsəlov elmi-pedaqoji təcrübənin mahiyyətindən, tələbələrə qazandırdığı təcrübədən, eyni zamanda təcrübənin keçirilmə qaydalarından danışıb.

Magistratura və doktorantura şöbəsinin müdiri Fidan Yusifova elmi-tədqiqat təcrübəsinin təşkili və keçirilməsi haqqında məlumat verib. O qeyd edib ki, Aİİ-də əyani formada təhsil alan magistrantlar ixtisas kafedralarında dörd həftə təcrübə keçəcəklər.

Məlumat üçün bildiririk ki, Azərbaycan İlahiyyat İnstitutunun bakalavriat üzrə təhsil alan tələbələri tədris, magistratura üzrə təhsil alan tələbələr isə elmi-tədqiqat təcrübəsinə başlayıblar.

Qeyd edək ki, təcrübələr fevral ayının 18-dən martın 16-dək davam edəcək.

Tədbirdə elmi-pedaqoji təcrübənin səmərəli təşkili və keyfiyyətinin yüksəldilməsi ilə bağlı fikir mübadiləsi aparılıb, təkliflər səsləndirilib
Aİİ rektoru tədris və elmi tədqiqat təcrübəsinə yollanan tələbələrlə görüşüb
Aİİ rektoru tədris və elmi tədqiqat təcrübəsinə yollanan tələbələrlə görüşüb
Aİİ rektoru tədris və elmi tədqiqat təcrübəsinə yollanan tələbələrlə görüşüb



Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar