Xəbər lenti
Müəllimlərin sertifikasiyası nə vaxt olacaq?
Uzun zamandır müzakirə mövzusu olan müəllimlərin sertifikasiyasının tarixi barədə hələ də məlumat yoxdur.
Bir müddət əvvəl sertifikasiyanın yanvar ayında keçiriləcəyi ilə bağlı gözləntilər olsa da, bu baş vermədi. Məlumat üçün bildirək ki, müəllimlərin bilik və bacarıqlarının qiymətləndirilməsi üçün Diaqnostik Qiymətləndirmə hər il könüllü olaraq həyata keçirilir. 2018-ci ildə qəbul olunan qərara əsasən DQ və Attestasiyadan başqa sertifikasiya məsələsi də gündəmə gəldi. Sertifikasiyanın isə DQ-dan fərqli olaraq hər kəsə tətbiq olunacağı bildirilib.
Sertifikasiya pedaqoji işçinin, müəllimin öz ixtisasını hansı səviyyədə bilməsini müəyyənləşdirəcək və 5 ildən bir həyata keçiriləcək.
Manevr.az-ın məlumatına görə, Təhsil Nazirliyindən "Yeni Sabah” ın sorğusuna cavab olaraq isə bildirilib ki, "Dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası” hazırlanma mərhələsindədir. Qaydalar təsdiq edildikdən sonra qeyd olunan proses barədə ətraflı məlumat veriləcək.
Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Eşqi Bağırov çıxışlarında bildirmişdi ki, ilkin olaraq müəyyən bir hədəf qrupu seçiləcək. Çünki 150 min müəllimin sertifikasiyasının birdən-birə keçirilməsi mümkün deyil. Dövlət təhsil sənədi olmayan və müsabiqədən kənar işə qəbul olunanlar diaqnostik qiymətləndirməyə buraxılmadıqları kimi, sertifikasiyada da iştirak etməyəcəklər.
Qeyd edək ki, sertifikasiyadan sonra DQ və Attestasiyanın ləğvi məsələsi də müzakirə mövzularından biridir.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar