Xəbər lenti
"İdrak" liseyinin təsisçisi beynəlxalq sərgidə iştirak edib -ŞƏKİLLƏR
“İdrak” liseyinin təsisçisi pedoqoji elmlər doktoru professor Mönsüm Alışov Britaniya Səfirliyinin dəvəti ilə yanvar ayının 23-25 tarixlərində Londonda keçirilmiş Təhsil Texnologiyaları sərgisində iştirak etmişdir.
Manevr.az xəbər verir ki, sərgidə Azərbaycan Respublikasının Təhsil Naziri Ceyhun Bayramov başda olmaqla bir sıra qabaqcıl tədris müəssisələrinin nümayəndələri iştirak etmişlər. Bundan başqa sərgi ilə tanış olmaq məqsədilə dünyanın 80-dən çox ölkəsindən aparıcı təhsil müəssisələrinin rəhbərləri, beynəlxalq təşkilatların və müxtəlif sahələrdə ixtisaslaşan özəl şirkətlərin nümayəndələri bir araya toplaşmışdır.
Sərginin keçirilməsində məqsəd müasir texnologiyaların tədrisə tətbiq edilməsi və bunun tədrisin keyfiyyətinə müsbət nəticəsinin təmin edilməsi idi.
İdrak liseyinin nümayəndələri öz tərəfindən İKT sahəsində ixtisaslaşmış bir çox şirkətlərlə görüşlər keçirmiş, innovasiyaların liseyin işinə təsir edəcək müsbət amillərini müzakirə etmişlər.

Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Ədəbiyyat
Kriminal
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar