Xəbər lenti
"Azərbaycanda müəllimlərin 27 faizinin yaşı 35-ə qədərdir" - Nazir müavini
"Hazırda ölkə üzrə müəllimlərin sayı 144 414 nəfər təşkil edir ki, onların da 39 179 nəfəri, yəni 27 faizinin yaşı 35 yaşa qədərdir".
Manevr.az xəbər verir ki, bunu təhsil naziri Ceyhun Bayramov bir qrup gənc müəllimlə görüşündə çıxışı zamanı deyib.
C.Bayramov qeyd edib ki, həmin müəllimlərin 6099 nəfəri Bakı şəhərinin payına düşür.
Nazirin sözlərinə görə, son illər müəllimlərin stimullaşdırılması, peşəkarlığının artırılması və müəllim nüfuzunun yüksəldilməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir.
C.Bayramov ötən il işə qəbul olunan 4100 nəfərə yaxın müəllimin 2724-nə həvəsləndirmə tədbirləri tətbiq edildiyini deyib: "Ümumilikdə müəllimlərin işə qəbulu üzrə müsabiqənin şəffaf keçirilməsi nəticəsində son 5 ildə 18 136 müəllim uğur qazanıb. Onların kənd məktəblərində fəaliyyətə başlamış 11 600 nəfərinə (64 faiz) həvəsləndirmə tədbirləri tətbiq edilib".
Ötən illərlə müqayisədə müəllim işləmək arzusunda olanların sayında 3 dəfə artım müşahidə edildiyini bildirən təhsil naziri deyib ki, 2014-cü ildə 500 və daha artıq bal toplayan 922 nəfər müəllimlik ixtisasını seçmişdisə, 2017-ci ildə bu rəqəm 1370 nəfər olub: "Ötən il keçirilən qəbul imtahanlarında 500 və daha artıq bal toplayan məzunlar arasında müəllimlik ixtisasını 2090 nəfər seçib. Bu göstərici 2014-2015-ci tədris ilinə nisbətən 2,3 dəfə və ya 126,7 faiz, ötən ilə nisbətən isə 1,5 dəfə və ya 53,6 faiz artım deməkdir".(trend)
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar