Sizin Reklam Burada
Xəbər lenti
04-05-2024
03-05-2024
BÜTÜN XƏBƏRLƏR

ATU “İlin ən yaxşı universiteti” olub

Tarix: 25-01-2019 10:23     Baxış: 3250 A- / A+
ATU “İlin ən yaxşı universiteti” olub

ATU "Azərbaycan Universitetləri" Facebook səhifəsi tərəfindən keçirilən “2018-ci ilin ən yaxşı universiteti" sosial sorğusunun qalibi olub.
Manevr.az xəbər verir ki, Azərbaycan Tibb Universiteti 1930-cu ildən fəaliyyət göstərir. Hər il olduğu kimi, 2018-ci ildə də yüzlərlə tələbə təhsil üçün Azərbaycan Tibb Universitetini seçib. Qəbul göstəricilərinə görə, ötən il ATU-nun Müalicə profilaktika fakültəsinə- 501, İctimai Səhiyyə fakültəsinə – 48, Stomatologiya fakültəsinə – 30, Əczaçılıq fakültəsinə 41 tələbə qəbul olub. 15 nəfər magistratura pilləsinə qəbul olub. 30 nəfər isə hərbi feldşerliyi seçib. Ümumilikdə, 715 nəfər ATU-nun tələbəsi adını qazanıb.
Yüksək ixtisaslı həkimləri yetişdirən ATU həm də xarici ölkələrin vətəndaşları tərəfindən dəyərləndirilən Azərbaycan universitetlərindən biridir. Hazırda Tibb Universitetində 558 xarici tələbə təhsil alır. Bunlardan: Müalicə profilaktika fakültəsində – 265, Stomatologiya fakültəsində – 205, Əczaçılıq fakültəsində – 88 əcnəbi təhsil alır. Yeri gəlmişkən, bu tədris ilindən xarici tələbələrin universitetə qəbulunda yeni qayda tətbiq edilib. Belə ki,əcnəbilərin ATU-ya qəbulundan öncə onlarla Skype vasitəsilə müsahibə aparılıb.

2018-ci ildə 1025 nəfər ATU-nun məzunu adını qazanıb. Bunlardan 18 nəfər magistr pilləsini bitirib. Məzunların 85 nəfəri əcnəbi vətəndaşlardır.

Qeyd edək ki, son illər ATU-da müxtəlif istiqamətlərdə islahatlar aparılıb. Məsələn, Buraxılış Dövlət İmtahanlarında yeni formada – Obyektiv Strukturlaşdırılmış Klinik İmtahan (OSKİ) bacarıq imtahanı formasında aparılır. O cümlədən, builki tədris ilindən etibarən, aralıq imtahanı tətbiq edilməyə başlanılıb.

ATU rəhbərliyinin təşəbbüsü ilə valideyn himayəsindən məhrum olan tələbələr üçün təqaüd fondu yaradılıb və onların təhsil haqqı Fonddan ödənilir.

"Azərbaycan Universitetləri" – Facebook-da ali məktəblərin fəaliyyətini əks etdirən və qiymətləndirən ən populyar səhifələrdən biridir. 200 minə yaxın izləyicisi olan bu səhifə tərəfindən hər il müxtəlif mövzularda sorğular keçirilir.
ATU “İlin ən yaxşı universiteti” olub

ATU “İlin ən yaxşı universiteti” olub


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar