Xəbər lenti
"Kurikulum sözü beynəlxalq termindir" - Nazirlik rəsmisi
Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında təhsil nazirinin müavini İdris İsayev “Ümumi təhsil haqqında” qanun layihəsinin müzakirəsində deputatlar tərəfindən səsləndirilən təkliflərə cavab verib.
Manevr.az xəbər verir ki, nazir müavini qeyd edib ki, gələcəkdə maliyyələşmə mexanizmi təhsilin bütün pillərinə şamil ediləcək:
“Maliyyə yükü hesablandıqdan sonra hansısa müddəaların daxil edilməsi düzgün olacaq. Qanunda metodistlərlə bağlı anlayışın verilməsi mümkündür. Onlara dərs yükünün verilməsi ilə bağlı heç bir problem yoxdur. Əgər hansısa metodistə dərs verilməməsi halı varsa, bununla bağlı rəsmi müraciət etmək lazımdır. Şagirdlərin bir məktəbdən digər məktəbə keçid məsələsində 11-ci sinif istisna olmaqla keçid prosesi sərbəstdir”.
Həmçinin, iclasda nazirliyin rəsmisi Fərzəli Qədirov da çıxış edib. Onun sözlərinə görə, Təhsil Nazirliyi alternativ yox, ehtiyat dərslər hazırlayıb: “Dərslikləri nəşriyyatlar hazırlayır. Hər hansı dərsliyin hazırlanmasında problem olsa, tenderlər baş tutmasa, bu zaman Təhsil Nazirliyi ehtiyat dərsliklərlə məktəbləri təmin edir. Bu gün 5 yaşlı uşaqların 75 faizi məkətbəhazırlığa cəlb olunub. 2020- ci ildə bu göstərici 90 faizə çatdırılmalıdır".
Kurikulum sözünün çətin tələffüz olunması məsələsinə gəlincə, F.Qədirov qeyd edib ki, bu, beynəlxalq termindir.
"Biz bu sözü təhsil proqramı şəklində yazırıq. Mötərizədə isə kurikulum sözünü yazırıq. Beynəlxalq təcrübədə bu sözədən istifadə edilir. Bu termin artıq vətəndaşlıq hüququ alıb”.azvision.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar