Xəbər lenti
Dünyanın ən yaxşı universitetləri - REYTİNQ

“US News” nəşri dünyanın ən yaxşı universitetlərinin reytinqini hazırlayıb.
Manevr.az xəbər verir ki, dünyanın 60-da çox ölkəsinin ali təhsil ocaqlarının daxil edildiyi reytinq cədvəlinə 100 balla ABŞ-ın Harvard Universiteti başçılıq edir.
Ardınca siyahıda 97,6 balla Massaçusets Texnologiya İnstitutu gəlir. İlk üçlüyü 93,8 balla daha bir ABŞ ali təhsil ocağı – Stenford Universiteti tamamlayır.
İngiltərənin dünya şöhrətli Oksford Universiteti 87,6 balla beşinci, Kembric Universiteti isə (85,8 balla) yeddinci yerdə qərarlaşıb.
Reytinq cədvəli hazırlanarkən 13 meyar, o cümlədən, təhsil ocaqlarının akademik nailiyyətləri və onların qlobal və ya regional nüfuzu nəzərə alınıb.
Siyahıda ümumilikdə 1250 universitet yer alır. Türkiyədən siyahıya (ümumilikdə 27) Boğaziçi Universiteti (234-cü), İstanbul Texniki Universiteti (367-ci), Ankara Universiteti (597-ci), İstanbul Universiteti (663-cü) və digər nüfuzlu ali təhsil ocaqları daxil edilib.
Şimal qonşumuz Rusiyanın isə 14 universiteti reytinqdə yer alır. Ən yüksək göstəricisi olan M.V.Lomonosov adına Moskva Dövlət Universiteti 275-ci pillədə göstərilib.
Gürcüstandan siyahıya İvan Cavakaşvili adına Tbilisi Dövlət Universiteti düşüb (48,7 bal, 435-ci yer)
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar