Xəbər lenti
Müəllimlər məktəbli kitabçasını necə yazmalıdırlar? – Edilən xətalar, vacib qaydalar
Hazırda məktəbdaxili qiymətləndirmə - şagird nailiyyətlərinin qiymətləndirilməsi, kurikulum üzrə və ümumi təhsilin pillələri üzrə yekun qiymətləndirmədən ibarətdir.
Şagird nailiyyətlərinin monitorinqi diaqnostik (ilkin səviyyənin qiymətləndirilməsi), formativ (irəliləmə və geriləmələrin izlənməsi) və summativ (yekun) qiymətləndirmə formalarında aparılır.
Qiymətləndirmə istənilən prosesin təkmilləşdirilməsini təmin edən mexanizmdir.
Diaqnostik qiymətləndirmə şagirdin bilik və bacarıqlarının ilkin səviyyəsini müəyyənləşdirmək üçün aparılır. Nəticələrə uyğun olaraq müəllim təlim strategiyasını və şagirdlərin hər birinə fərdi yanaşma yollarını müəyyənləşdirir. Diaqnostik qiymətləndirmənin nəticələri jurnalda qeyd olunmur.
Şagirdin summativ və formativ qiymətləndirməsinin nəticələri isə onun “məktəbli kitabçası”na yazılır.
Bəs məktəbli kitabçasına qiymət yazarkən müəllim nəyə diqqət etməlidir?
Formativ qiymətləndirmətədris-təlim fəaliyyətini davamlı olaraq müşayiət edən prosesdir və bunu birbaşa müəllim həyata keçirir. Formativ qiymətləndirmənin nəticələri məktəbli kitabçasına yazılaraq şagird və valideynlərə çatdırılır.
Məktəbli kitabçası hansı hissələrdən ibarətdir?
- Təqvim və təqvimlər üzrə dərs cədvəli
- Fotmativ və summativqiymətləndirmənin nəticələri
- Buraxılan dərslərin miqdarı (üzrlü və üzrüsüz, cəmi) ,
- Valideynin qeydi və imzası üçün yer
- Müəllimin imzası
Formativ qiymətləndirməyə ayrılan yer, summativqiymətləndirməyə ayrılan yerdən böyükdür. Çünki formativ qiymətləndirməninnəticələri rəqəmli deyil, məktəbli kitabçasında sözlə təsvir edilir. Ümumiyyətlə, formativ qiymətləndirmə üçün müəllim xüsusi vaxt ayırmalı deyil. Bu, bütün dərs boyu davam edən bir prosesdir və müəllim daim şagirdləri müşahidə etməlidir.
Müəllimin “məktəbli kitabçası”na formativ qiymətləndirmə yazarkən diqqətli etməli olduğu məqamlardan biri isə onun nə yazması ilə bağlıdır. Ümumən,interaktiv tədris metoduna əsasən, şagirdləri motivasiya etmək üçün onları ruhlandırıcı ifadələrdən (əla, afərin, super və s.) istifadə etmək zəruri hesab olunur. Lakin müəllimlər bilməlidir ki, bu kimi sözləri məktəb gündəliyinə şagirdlərin formativ qiymətləndirməsi kimi əlavə etmək olmaz. Onlar uşağın dərs boyu özünü necə aparması, dərsə həvəsini və ya diqqətinin yayınmasını sözlə təsvir etməlidirlər. Summativ hissəsinə isə qiymət, yalnız summativqiymətləndirmə aparıldığı zaman yazılır. Bu, hər gün deyil , 2 həftədən gec olmayaraq tətbiq edilir. Müəllimin imzası hissəsinə isə fənn müəllimi öz imzasını yazmalıdır.
Əgər hansısa dərsdən summativqiymətləndirmə keçirilirsə, tapşırıq hissəsinə də “Kiçik SummativQiymətləndirmə” deyə qeyd olunur. Belə olan halda, formativ qiymətləndirmə hissəsinə KSQ zamanı istifadə etdiyiniz üsul və vasitəni yazmalısınız. Yəni, daha şagirdin sözlə təsvirinə ehtiyac yoxdur.Amma KSQ və BSQ keçirilən dərslərdə ümumiyyətlə formativ qiymətləndirmə hissəsini boş saxlamaq mümkündür.
Qeyd edək ki, müəllim hər gün bütün şagirdlərin gündəliyinə qeyd yazmalı deyil. Bu qeydlər vaxtaşırı və lazım gəldikcə, hər hansı məsələ barədə şagird və valideynin mütləq məlumatlandırılmalı olduğu hallarda edilir.azedu.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar