Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Aİİ-də şəhid ailələri ilə görüş təşkil olunub -ŞƏKİLLƏR

Tarix: 14-01-2019 15:38     Baxış: 3328 A- / A+
Aİİ-də şəhid ailələri ilə görüş təşkil olunub


Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) “20 Yanvar” faciəsində qətlə yetirilmiş şəhid ailələri ilə görüş təşkil olunub.

Öncə “20 Yanvar” şəhidlərinin əziz xatirəsi birdəqiqəlik ehtiram sükutu ilə anılıb.

Tədbiri giriş nitqi ilə açan İnstitutun rektoru Ceyhun Məmmədov tarixən ölkəmizdə mövcud olan milli-mənəvi mühitin qorunub saxlanılması, eyni zamanda, dini təhsil sahəsində peşəkar kadrların hazırlanması məqsədilə Prezident cənab İlham Əliyevin 9 fevral 2018-ci il tarixli Sərəncamı ilə Azərbaycan İlahiyyat İnstitutunun yaradıldığını qeyd edib. O bildirib ki, təhsil müəssisəsi gənclərin milli və vətənpərvərlik ruhunda tərbiyə edilmələri, mənəvi dəyərlərin təbliği istiqamətində müxtəlif tədbirlər həyata keçirir.

C.Məmmədov qeyd edib ki, xalqımızın qan yaddaşına silinməz faciə olaraq yazılmış “20 Yanvar”ı milli matəm, hüzn günü kimi qeyd etməyimizə baxmayaraq, bu hadisə, eyni zamanda, xalqımızın tarixində qəhrəmanlıq salnaməsidir. SSRİ rəhbərliyinin Azərbaycan xalqına qarşı törətdiyi bu qanlı cinayət xalq kütlələrini daha sıx birləşdirərək, millətimizin yenilməzliyini, qəhrəmanlığını, Vətənə, torpağa sədaqətini, azadlıq uğrunda mücadilə əzmini bütün dünyaya bəyan etdi.


C.Məmmədov “20 Yanvar” olaylarında həlak olmuş şəhid ailələrinin və əlil düşmüş insanların daim Azərbaycan Dövlətinin qayğı və diqqəti ilə əhatə olunduqlarını, onların yaşayış səviyyəsinin yaxşılaşdırılması, sosial problemlərinin həlli istiqamətində mühüm tədbirlərin həyata keçirildiyini diqqətə çatdırıb.

Bildirilib ki, ümummilli lider Heydər Əliyev “20 Yanvar” faciəsi zamanı şəhid olanların ailələrinə, sözügedən qanlı qırğında əlil düşmüş vətəndaşlarımıza diqqət və qayğısını heç zaman əsirgəməyib. Ulu Öndərin layiqli davamçısı ölkə Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident xanım Mehriban Əliyeva tərəfindən ölkəmizin azadlığı və müstəqilliyi uğrunda şəhid olmuş və sağlamlığını itirmiş şəxslərə həmişə xüsusi diqqət yetirildiyi vurğulanıb.

Milli Məclisin deputatı Məlahət İbrahimqızı çıxışında bildirib ki, hər il “20 Yanvar” faciəsinin qeyd edilməsi barədə Dövlət Proqramı hazırlanır və bununla bağlı olaraq müxtəlif tədbirlər həyata keçirilir. Deputat bu qan yaddaşımızı

qəhrəmanlıq səhifəsi adlandıraraq, xalqımızın müstəqilliyi uğrunda mücadilə əzminin bariz nümunəsi adlandırıb. O bildirib ki, həmin dövrdə ulu öndər Heydər Əliyevin hakimiyyətdən uzaqlaşdırılmasına baxmayaraq, Moskvadakı mətbuat konfransında haqq səsini dünyaya bəyan etdi.

“20 Yanvar” Şəhid Ailələrinin Hüquqlarının Təmin Olunması İctimai Birliyinin sədri Maral Qocaman sözügedən hadisənin canlı şahidi olduğunu bildirərək, Vətən tarixinə qanlı qırğın kimi daxil olmuş 1990-cı ilin “20 Yanvar” hadisələrində yüzlərlə insanın qətlə yetirildiyini, yaralandığını və itkin düşdüyünü, fövqəladə vəziyyət tətbiq olunanadək hərbi qulluqçular tərəfindən insanların amansızcasına qətlə yetirildiyini bildirib. O, Prezident cənab İlham Əliyev tərəfindən şəhid olanların ailələrinə, sözügedən qanlı qırğında əlil düşmüş vətəndaşlarımıza müavinətlərin verildiyini qeyd edib.

Erməni Təcavüzünün Tanıdılması İctimai Birliyinin sədri, Qarabağ veteranı Səriyyə Cəfərova bu qanlı olayın Azərbaycan xalqının iradəsini, Milli Azadlıq uğrunda mübarizə əzmini qıra bilmədiyini, həmin gecədə şəhid olmuşAzərbaycan oğullarının Vətənin müstəqilliyinə yol açdıqlarını diqqətə çatdırıb.

Aİİ-də şəhid ailələri ilə görüş təşkil olunub
Aİİ-də şəhid ailələri ilə görüş təşkil olunub
Aİİ-də şəhid ailələri ilə görüş təşkil olunub

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar