Xəbər lenti
Magistr olmaq istəyənlərin nəzərinə...

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən fevralın 3-də ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul imtahanının birinci mərhələsi üzrə sınaq imtahanı keçiriləcək.
DİM-dən verilən məlumata görə, sınaq imtahanında istifadə olunacaq testlər magistraturaya qəbul imtahanının birinci mərhələsi üzrə proqramlara tam uyğundur. Sınaq imtahanı qəbul imtahanı modeli əsasında təşkil olunacaq.
Regionlarda yaşayan iştirakçıların rahatlığını təmin etmək üçün imtahanlar Bakı şəhəri ilə yanaşı, Gəncə və Naxçıvan şəhərlərində də təşkil olunacaq. Sınaq imtahanında iştirak etmək istəyənlər yanvarın 14-ü saat 13:00-dan yanvarın 28-i saat 09:00-dək DİM-in internet saytında qeydiyyatdan keçməlidirlər.
İmtahan bütün binalarda eyni vaxtda - saat 11:00-da başlanacaq. İmtahan binasına buraxılış saat 10:45-də başa çatacaq. Bu ildən imtahanda bakalavrların xarici dil üzrə dinləyib-anlama bacarıqları da yoxlanılacaq.
İmtahanda iştirak etmək istəyən bakalavrlar DİM-in internet saytında “Şəxsi kabinet”lərini yaratmalıdırlar. Sınaq imtahanında iştirak etmək üçün ödənişin məbləği 30 (otuz) AZN-dir.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar