Xəbər lenti
Mona Liza tablosunun arxasındakı sirr elmi olaraq açıqlandı
Leonardo Davinçinin məşhur əsəri Mona Lizaya dair əfsanələrdən birinin həqiqət olmadığı sübut olunub.
Manevr.az bildirir ki, “Mona Liza təsiri” olaraq bilinən və Mona Lizanın gözləri ilə sizi hər an izlədiyi hissi yaradan vəziyyətin əslində həqiqət olmadığı ortaya çıxıb. Almaniyada edilən elmi araşdırma Mona Lizanın gözlərinin otaqdakıları izləmədiyini sübut edib.
Biegfeld Universitetində edilən araşdırmada 24 iştirakçılardan Mona Lizanın gözlərini test etmələri tələb olunub.
İştirakçılar komputer ekranında Mona Liza tablosundan alınmış 15 fərqli baxışı izləyib. Bu zaman xətkeşlə Mona Lizanın gözlərinin öz üzərlərində haraya baxdıqlarının müəyyən olunmasını istəyiblər. Bu fotolar iştirakçılara təsadufi olaraq 2 mindən çox göstərilib.
İştirakçılar təxminən 15.4 dərəcəlik bir baxışla onun sağ tərəfə baxdğını müəyyən ediblər. “Mona Liza” təsirinin yaranması, yəni tablodakı şəxsin sizi daima izləməsi üçün bu baxışın ən çox 5 dərəcə olması lazımdır. Yəni, əfsanələrin əksinə Mona Liza göz təması qurmur, izləyicinin sağ tərəfinə baxır.metbuat.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar