Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

"Təəssüf ki, şagirdlərin bədii ədəbiyyata olan marağı aşağı səviyyədədir" - Təhsil eksperti

Tarix: 08-01-2019 11:02     Baxış: 4272 A- / A+
"Təəssüf ki, şagirdlərin bədii ədəbiyyata olan marağı aşağı səviyyədədir"

Şagirdlər arasında kitab oxuma vərdişi azaldığından, məktəb kitabxanaları da istifadəsizdir. Bəs, bu vərdişi məktəblilərə yenidən aşılamaq üçün nə etməliyik? Şagirdlərə kitabxana sevgisini necə qazandırmalıyıq?

Manevr.az
bildirir ki, bu barədə moderator.az-a açıqlama verən təhsil eksperti Kamran Əsədov bildirib ki, orta ümumtəhsil məktəblərində tədris aparılan fənlər üzrə şagirdlər həmin məlumatları tam olaraq mənimsəyə bilmədiklərindən əlavə məşğuliyyətlərə zaman ayıra bilmirlər:
"Təəssüf ki, şagirdlərin bədii ədəbiyyata olan marağı aşağı səviyyədədir"

“Hər hansı bir fənn üzrə bu və ya digər formada dərinləşmiş biliyə malik deyillər. Ona görə də müəyyən fənlər üzrə xüsusi bilik yarışlarının, tədbirlərin bu və ya digər formada əlamətdər günlərin keçirilməsi ilə şagirdlərə həmin sahələr üzrə dərinləşmiş biliklərin öyrədilməsinə yönəltmək olar. Nəzərə alsaq ki, Azərbaycan Şərq ölkəsidir, bu səbəbdən şagirdlərimizin özünüifadəetmə bacarıqları çox aşağı səviyyədədir. Yəni onların daha çox əzbərçiliyə önəm vermələri şagirdlərin əlavə oxu marağının aşağı salınmasına səbəb olur. Digər tərəfdən də bu gün bizim orta ümumtəhsil məktəblərində təhsil alan şagirdlərimiz daha çox ali məktəblərə qəbul imtahanlarına hazırlaşırlar. Bu səbəbdən də onlar əlavə oxu materiallarından istifadə etmirlər, mütaliələri zəif olur, əlavə kitablar oxumurlar. Ona görə də oxu günlərinin təşkil edilməsi, müəyyən ədəbi yarışların keçirilməsi şagirdlərin mütaliə qabiliyyəti və özünüifadəetmə bacarıqlarının formalaşdırılmasına xidmət etmək olar. Təbii ki, oxu günləri adı altında keçirilən yarışda da ədəbiyyat sahəsi ilə bağlı daha geniş məlumatları əldə etmək üçün şagirdlərə yaradılan bu imkandan maksimum dərəcədə istifadə etmək lazımdır. Bu kimi bilik yarışlarının keçirilməsini yalnız alqışlamaq və müsbət qarşılamaq lazımdır. Fikrimcə, bura ölkədə fəaliyyət göstərən 4472 orta məktəbdə təhsil alan 1,6 milyon şagirdin hamısı cəlb olunmalıdır ki, onlarda bizim istədiyimiz intellektual səviyyənin inkişafı həyata keçirilsin. Çünki ədəbiyyat birbaşa özünüifadəetmə bacarığının formalaşmasına xidmət edən bir fəndir. Yəni şagirdlərin hansısa bədii əsərlər vasitəsi, mütaliə imkanları ilə özünüifadə vərdişinin formalaşmasını da təmin etmək mümkündür. Biz bu gün narahatıq və narazılıq ifadə edirik ki, şagirdlərin bədii ədəbiyyata olan marağı aşağı səviyyədədir. Təbii ki, bunu könüllülük prinsipi ilə həyata keçirmək olar. Əgər biz bunu qəbul imtahanlarına salırıq və salacağıqsa, uşaqlar o zaman oxuyurlar. Biz bununla bağlı nə qədər çox yarışlar, olimpiadalar, tədbirlər keçirsək, bunu qarşımıza hədəf kimi qoysaq, bir o qədər çox şagirdi bura cəlb etmiş olarıq”.

Ekspert vurğulayır ki, bu işdə məktəb direktorları da aktiv olmalıdırlar: “Təəssüf ki, bu gün orta məktəblərdə məktəb kitabxanaları istifadə olunmur. Buna həm də məktəb direktorları imkan vermirlər. Şagirdlərə məktəb kitabxanalarından istifadəyə şərait yaratmaq lazımdır. Elektron kitabxanaların vəziyyəti yaxşı deyil. Ondan istifadəyə görə, regionda ən aşağı göstəriciyə malikik. Kitabxanada çalışanlar da şagirlərə kitab vermirlər. Direktorlar buna nəzarət etməlidirlər”.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar