Xəbər lenti
Ceyhun Bayramovdan daha bir TƏYİNAT

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini vəzifəsinə təyinat olub.
Qurumdan verilən məlumata görə, təhsil naziri Ceyhun Bayramovun 28 dekabr 2018-ci il tarixli əmrinə əsasən, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini vəzifəsinə İdarənin İnformasiya təminatı sektorunun müdiri İlhamə Abdullayeva təyin edilib.
Qeyd edək ki, İlhamə Abdullayeva 1977-ci ildə anadan olub. Bakı Dövlət Universitetində Mexanika-riyaziyyat fakültəsində təhsil alıb.
2000 - 2011-ci illərdə Bakı şəhərindəki 285 nömrəli tam orta məktəbdə riyaziyyat müəllimi, 2011 - 2014-cü illərdə 261 nömrəli məktəbdə təlim-tərbiyə işləri üzrə direktor müavini, 2014 - 2015-ci illərdə Azərbaycan Respublikası Təhsil Nazirliyi nəzdində Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin Elektron və veb məzmunun inkişafı şöbəsində baş məsləhətçi vəzifələrində çalışıb.
"İlin ən yaxşı müəllimi" müsabiqəsinin qalibidir. Tərəqqi medalı ilə təltif olunub.
2015-2018-ci illərdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İnformasiya təminatı sektorunun müdiri vəzifəsində çalışıb.
Ailəlidir, iki övladı var.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Ədəbiyyat
Kriminal
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar