Xəbər lenti
Kəsirli tələbə magistraturaya qəbul oluna bilər? - RƏSMİ
Ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul imtahanının I mərhələsi fevralın 24-də, II mərhələsi mayın 26-da keçiriləcək.
İmtahanda bakalavriat səviyyəsi üzrə sonuncu kursda təhsil alanlar və əvvəlki illərin məzunları iştirak hüququna malikdirlər.
Bəs sonuncu kursda təhsil alan kəsirli tələbələr magistraturaya qəbul imtahanlarında iştirak edə və təhsilini bu pillədə davam etdirə bilərmi?
Dövlət İmtahan Mərkəzindən azedu.az-a verilən məlumata görə, ali təhsil müəssisələrinin sonuncu kursunda təhsil alanlar bütün hallarda sənədlərini təqdim edib imtahanın birinci mərhələsində iştirak edə bilərlər.
Hər iki mərhələnin müsabiqə şərtini ödəyərək müsabiqədən keçən bakalavlar qəbul olduqları ali təhsil müəssisəsində qeydiyyatdan keçənə qədər akademik borclarını ləğv etməlidirlər. Əks halda, həmin bakalavrlar qeydiyyatdan keçə bilməyəcəklər. Bu isə onların yerləşdirildikləri ixtisaslaşma üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndirilir və boş qalmış həmin yerlər üçün yenidən müsabiqə elan edilir.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar