Xəbər lenti
Yüzlərlə şagirdin gözlədiyi cavab - Buraxılış imtahanlarında iştirak etməyənlərin aqibəti necə olacaq?
Baş nazir Novruz Məmmədov “Azərbaycan Respublikasının orta ixtisas təhsili müəssisələrinə tam orta təhsil bazasında tələbə qəbulu Qaydaları”nda dəyişiklik edib.
Dəyişikliklərdən biri də buraxılış imtahanlarında iştirak etməyən şagirdlərin yekun attestasiyasının aparılmasıyla bağlıdır.
Manevr.az xəbər verir ki, buraxılış imtahanında iştirak etməyən ümumi orta və tam orta təhsil səviyyələrinin buraxılış sinif şagirdlərinin yekun qiymətləndirilməsi (attestasiyası) məsələsinə təhsil müəssisələrinin təqdimatı əsasında fərdi qaydada və ya şəxslərin fərdi müraciəti əsasında Dövlət İmtahan Mərkəzi tərəfindən baxılır.
Həmin şagirdlər Mərkəz tərəfindən müəyyən edilən vaxtda imtahan verirlər. Ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının hər hansı bir mərhələsində iştirak etməyən şagirdin yekun qiymətləndirilməsi (attestasiyası) aparılmır.
Ümumi orta və tam orta təhsil səviyyələrini 2016/2017-ci tədris ilindən əvvəlki dərs illərində başa vuran, lakin buraxılış imtahanında iştirak etməyən və ya buraxılış imtahanında ən azı bir fəndən 2 qiymət alan şagirdlərin dövlət nümunəli təhsil sənədinə yazılacaq yekun qiymət Mərkəz tərəfindən aşağıdakı qaydada çıxarılır:
Buraxılış imtahanı aparılan hər bir fənn üzrə şagirdin buraxılışdan əvvəlki və buraxılış siniflərinin yekun (illik) və buraxılış imtahanının qiymətlərinin ədədi ortası (bu zaman, buraxılış imtahanında iştirak etməyən şagirdin buraxılış imtahanının qiyməti kimi 2 qiyməti götürülür);
Buraxılış imtahanı aparılmayan hər bir fənn üzrə şagirdin buraxılışdan əvvəlki və buraxılış siniflərinin yekun (illik) qiymətlərinin ədədi ortası nəzərə alınmaqla yekun qiymət çıxarılır./azedu.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar