Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Rusiya Bakıda dayaqlarını möhkəmlədir - daha bir universitetin filialı açılır

Tarix: 24-12-2018 09:42     Baxış: 3327 A- / A+
Rusiya Bakıda dayaqlarını möhkəmlədir - daha bir universitetin filialı açılır


Rusiya Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu (MDBMİ) Bakıda və Daşkənddə filiallarının və Uzaq Şərq Federal Universitetinin (UŞFU) bazasında bölməsinin açılması istiqamətində iş aparır. Bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov MDBMİ-nin Müşahidə və Qəyyumlar şuralarının birgə iclasında bildirib.

Azərtac TASS agentliyinə istinadla xəbər verir ki, S.Lavrov MDBMİ-nin ölkə xaricində öz mövqelərini möhkəmləndirdiyini, öz filiallarının yaradılması istiqamətində Azərbaycan və Özbəkistan ilə birgə hazırlıq işləri apardığını qeyd edib.

Rusiya XİN başçısının sözlərinə görə, hazırda Azərbaycanda və Özbəkistanda filialların açılması üçün MDBMİ-nin nizamnaməsinə müvafiq dəyişikliklər edilir. “Əlbəttə ki, bu addım Rusiyanın MDB məkanında humanitar əlaqələrinin genişlənməsinə kömək edəcək” deyə S.Lavrov vurğulayıb.

Bəs sözügedən İnstitutun Bakıda filialının açılması Azərbaycana siyasi və diplomatik baxımdan nə verə bilər? Üstün və zərərli tərəfləri varmı? Rusiya bu yolla Azərbaycanda dayaqlarını möhkəmləndirmək istəyir?

Qərbi Kaspi Universitetinin Tətbiqi Politologiya Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu “Yeni Müsavat”a bildirdi ki, Bakıda Rusiya universitetlərinin sayı artır, hər il Bakıda Moskvanın yeni universitetləri açılır. 2019-cu ilin büdcəsində Moskva universitetlərinin Bakı filiallarına ayrılan vəsait 100 illiyini qeyd edən Bakı Dövlət Universitetinə ayrılan vəsaitdən çoxdur. Halbuki Bakı Dövlət Universiteti Azərbaycanın ən böyük universitetidir: “Görünür, rəsmi Bakı bütün bunları ona görə edir ki, Moskva rəsmi Bakının Rusiya ilə əlaqələrə necə üstünlük verdiyini görsün. Moskva və şəxsən Rusiya prezidenti Vladimir Putin bunu görür və anlayır, ancaq hələ ki, Qarabağ münaqişəsinin həllində fəallıq göstərmir. Rusiya təhsil sisteminin Azərbaycanda möhkəmlənməsi Rusiya maraqlarının Azərbaycanda möhkənlənməsi deməkdir. Çünki bu təhsil müəssisələri tələbələrdə istər-istəməz Rusiya hər nə edirsə ona rəğbət oyandırmalıdır. Bu bir növ Azərbaycanda qadağan edilən və qapadılan Fətüllah Gülənin tədris müəssisələrinə oxşayacaq. Moskva Beynəlxalq Münasibətlər Universiteti də məhz Rusiya xarici siyasətinin doğruluğuna əsaslanan təhsili gənclərimizə aşılayacaq. Məgər biz Rusiyanın xarici və təhlükəsizlik siyasətini bəyənirikmi? Bu siyasəti bəyənmək Rusiyanın işğalçı Ermənistanı dəstəkləməsini və torpaqlarımızın işğalına haqq qazandırmasını bəyənmək deməkdir”.

Rusiya Bakıda dayaqlarını möhkəmlədir - daha bir universitetin filialı açılır


Politoloq qeyd etdi ki, ona elə gəlir ki, Azərbaycanda artan Rusiya universitetləri və məktəblərdə rus bölmələrinin sayının artırılması hakimiyyətdə də müxtəlif dairələri narahat edir: “Məsələn, millət vəkili Gövhər Baxşəliyeva parlamentdə ”Təhsil haqqında" qanunun müzakirəsi zamanı haqlı olaraq dedi ki, nəyə görə müstəqil Azərbaycanda hər il rus sektoruna gedənlərin sayı artır? İlbəil rus sektoruna gedən uşaqların sayı artır. YAP-dan olan millət vəkili fikrini belə davam etdirir: “Bu, şəxsən məni narahat edir. Biz bunun səbəbini öyrənməliyik. Son dərəcə vacibdir ki, azərbaycanlı uşaqlar ibtidai təhsillərini Azərbaycan dilində alsınlar”.

Qeyd edək ki, Gövhər Baxşəliyeva artıq neçənci dəfədir ki, bu mövzu haqqında danışırdı. Millət vəkili haqlıdır. Rus dilinin geniş tədrisi Azərbaycan cəmiyyətində narahatlıq yaradır. Azərbaycanda rus dilinin geniş tədrisi gənclər arasında uçurumu gücləndirir. Bakıda rus dilini bilməyən azərbaycanlıların və Azərbaycan dilini bilməyən rusdilli azərbaycanlıların sayı çoxalır. Bu çox təhlükəli tendensiyadır. Azərbaycanda rus və digər xarici dillər eyni statusa malik olmalıdır. Və ya Bakıda Rusiya universitetlərinin filialları açılırsa, Qərb ölkələrinin universitetlərinin də filiallarının açılmasına ehtiyac var".

E.Şahinoğlu qeyd etdi ki, nə qədər gec deyil, Rusiyanın təhsilimizə müdaxiləsini ciddi korrektə etməliyik. Sonra gec ola bilər: “Məsələn, Rusiyadakı müəyyən dairələrin təxribatı olan son 3 faktı oxucularınızın diqqətinə çatdırmaq istəyirəm. Bakının bir sıra kitab mağazalarında Rusiyada nəşr olunan atlaslar satılır. Həmin atlaslarda Krım Rusiya ərazisi kimi göstərilib. Və ya Bakının bir sıra brend supermarketlərində Rusiyada istehsal olunan dondurmalar satılır. Dondurmanın üzərində istehsalçının adı belə göstərilib: ”Krım Respublikası, Rusiya". Bakıda belə məhsullar az deyil. Azərbaycanda Krımı Rusiya ərazisi kimi göstərən məhsulların satışı rəsmi Bakının beynəlxalq müstəvidə Qarabağ separatçılarına qarşı mübarizəsini zəiflədir. Yəni kimsə və ya kimlərsə bilərəkdən Azərbaycanda Krım malları satırsa, bununla Azərbaycanın dövlət və milli təhlükəsizlik maraqlarına zərbə vururlar. Əgər biz hamıdan öz ölkələrində Qarabağda istehsal olunan malların satışını qadağan etməyi tələb ediriksə, necə olur ki, Azərbaycanda oxşar hadisə baş verir? Azərbaycanın bir sıra dövlət strukturları Krım mallarını satışdan çıxarır. Ancaq elə dövlət strukturları da var ki, Krım mallarının Azərbaycanda satışına şərait yaradırlar, reaksiya vermirlər. Onlar bu “fəaliyyətləri” ilə Azərbaycanın maraqlarına zərbə vururlar. Çünki Kiyevdə də Dağlıq Qarabağa məxsus mallar satışa çıxarıla bilər və bunun qarşısını almaq çətin olacaq. 2016-cı ilin iyul ayında Ukrayna prezidenti Pyotr Poroşenko Bakıda olarkən separatçılığa qarşı birgə mübarizə mövzusu müzakirə olunmuşdu. Azərbaycan prezidenti təklif etmişdi ki, separatçılığın yayılmasına qarşı birgə mübarizə aparılsın və separatçıların təxribatlarının qarşısı alınsın. Ancaq görünür, indi kimsə və ya kimlərsə Azərbaycan prezidentinin bu təlimatını yerinə yetirmir və faktiki separatçıların maraqlarına xidmət edirlər. Azərbaycanda Krım mallarının satışına şərait yaratmaq Rusiyanın Krımın ilhaqına haqq qazandırmaq deməkdir. Bunun isə Ermənistanın Azərbaycan torpaqlarının işğalına haqq qazandırmaqdan fərqi yoxdur".

Həmsöhbətimiz Azərbaycanın bəzi ali təhsil müəssisələrində hər il Rusiyanın tarixinə və coğrafiyasına aid olimpiada keçirildiyinə də diqqəti yönəltdi: “Bu, Rusiya prezidenti Vladmir Putinin təşəbbüsüdür. Məqsəd Rusiyada və Rusiyaya dost dövlətlərdə gənclərin Rusiyanın tarixini və coğrafiyasını yaxşı öyrənmələridir. Bu, Putinin haqqıdır. Rusiya prezidenti istəyir ki, ölkəsinin gəncləri Rusiyanın tarixini və coğrafiyasını yaxşı öyrənsinlər və ildə bir dəfə bu mövzuda olimpiada keçirilsin. Sadəcə, bu olimpiadanın Azərbaycana nə dəxli var? Məgər Rusiyada Azərbaycanın tarixinə və coğrafiyasına dair olimpiada keçirilir? Onlar keçirmirsə, biz niyə onların mövzusuna dair Bakıda olimpiada keçirməliyik? Əlbəttə, Rusiya Azərbaycanın qonşusudur və Rusiyanı təhlil etməyi bacarmalıyıq, tarixini və coğrafiyasını da öyrənməliyik. Ancaq bu, zorla olmamalıdır. Azərbaycanda niyə Rusiyaya aid olan olimpiada keçirilməlidir? Olimpiadadakı suallar arasında Krımla bağlı şübhəli ifadələr var. Yəni suallar elə qoyulub ki, sanki Krım Ukraynaya deyil, Rusiyaya aiddir. Bunu qəsdən ediblər. Bakıda belə bir olimpiadaya şərait yaradılarkən, İrəvandakı konfransda ”Bakını İsgəndər raketləri ilə vurmaq lazımdır" ifadəsi işlədilir".

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar