Xəbər lenti
Doktoranturaya bərabər tutulan elmi titul - ADYUNKTURA
Doktorantura, magistratura, bakalavr ifadələrinə tez-tez rast gəlirik. Bu təhsil pillələrinin mahiyyəti çoxlarına məlumdur.
Manevr.az azedu.az-a istinadən təhsilin tam fərqli pilləsi, adyunktura barədə zəruri bilgiləri təqdim edir.
Adyunktura nədir və bu təhsil piləsinə qəbul necə həyata keçirilir?
Adyunktura hərbi təhsil müəssisəsində doktoranturaya bərabər tutulan yüksək ixtisaslı elmi-pedaqоji kadrların hazırlanması fоrmasıdır. Bu təhsil pilləsi də doktorantura kimi müvafiq elmi dərəcələrin verilməsi ilə başa çatır.
Hərbi təhsil müəssisələrinin adyunkturaya qəbul qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti, qəbul planını isə Azərbaycan Respublikasının Prezidenti yanında Təhsil üzrə Komissiya müəyyənləşdirir.
Qəbul fəlsəfə və elmlər doktoru proqramları üzrə aparılır.
Bu təhsil pilləsinə kimlər müraciət edə bilər?
Fəlsəfə doktoru proqramı üzrə adyunkturaya silahlı qüvvələrdə həqiqi hərbi xidmətdə olan, ali təhsilli (magistratura və ya təhsili ona bərabər tutulan, tibbi təhsildə isə həkim və həkim-mütəxəssis), həmçinin pedaqoji və ya elmi-tədqiqat işində bacarığı olan zabitlər qəbul olunur. Mülki ali təhsil müəssisələrini bitirən zabitlər bundan əlavə zabit vəzifələrində 2 ildən az olmayaraq xidmət təcrübəsinə malik olmalıdırlar.
Elmlər doktoru proqramı üzrə adyunkturaya isə müvafiq sahədə elmi və ya elmi-pedaqoji nailiyyəti olan, fundamental tədqiqatları yüksək səviyyədə aparmaq qabiliyyəti və "fəlsəfə doktoru" elmi dərəcəsi olan zabitlər qəbul edilirlər.
Adyunkturaya qəbul üçün hansı sənədlər tələb olunur?
Raporta çap olunan elmi siyahısı və ya seçilən ixtisas üzrə referat (fəlsəfə doktoru hazırlığı üzrə);
Ali təhsil müəssisəni bitirmək haqqında diplomun müvafiq qaydada təsdiq edilmiş surəti (xarici ölkələrdə təhsil almış zabitlər (qulluqçular) üçün təhsil haqqında şəhadətnamə);
Xidməti xasiyyətnamə;
Xidmət vərəqi;
Tərcümeyi-hal;
2 ədəd fotoşəkil (3x4 ölçüdə);
Şəxsiyyəti təsdiq edən sənədin surəti;
Çap edilən elmi əsərlərin siyahısı (elmlər doktoru hazırlığı üzrə).
Adyunkturaya qəbul necə həysta keçirilir?
Öncə ilkin seçim aparılır və uyğun namizədlər seçilir.
Daha sonra isə namizədlərin ixtisas hazırlığı, xarici dil və fəlsəfədən imtahan verirlər. İmtahanlardan sonra ümumi nəticələrə əsasən adyunkturaya qəbul olanların adlarıaçıqlanır.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar