Sizin Reklam Burada
Xəbər lenti
23-08-2025
22-08-2025
BÜTÜN XƏBƏRLƏR

"Hədəf Liseyi" Robototexnika üzrə dünya nəhəngi ilə müqavilə imzaladı

Tarix: 13-12-2018 15:25     Baxış: 3340 A- / A+
"Hədəf Liseyi" Robototexnika üzrə dünya nəhəngi ilə müqavilə imzaladı

Hədəf Liseyi STEM, robototexnika və kodlaşdırma tədrisi üçün məhsullar istehsal edən tanınmış “Makeblock” şirkəti ilə əməkdaşlıq müqaviləsi bağlayıb.

Manevr.az xəbər verir ki, dünyanın 140 ölkəsində 20 mindən çox məktəb STEM və kodlaşdırma təhsili üçün “Makeblock” şirkətinin Airblock, mBot, mBlock, Maker kitləri, Ultimate, Neuron kiti, Codey Rocky, mBot Ranger və digər məhsullarından istifadə edir.

2017-ci ildə dünya üzərə 4.5 milyon insanın proqram təminatı və məhsullarından istifadə etdiyi şirkətin satış həcmi, 70%-i ixrac olmaqla, 30 milyon ABŞ dolları olmuşdur. Şirkət hər il “MakeX” adlı robototexnika yarışına da ev sahibliyi edir.
Avropa, Amerika, Yaponiya və Honq Konqda şöbələri olan şirkətin məhsullarından istifadə edən məktəb sayı təkcə Fransada 6 mindən çoxdur.
Ölkəmizin STEM mərkəzli təhsil verən ilk məktəbi olan Hədəf Liseyi, “Makeblock” şirkətinin Azərbaycan üzrə ekskluziv nümayəndəsi olaraq mühəndislik tədrisində “Makeblock” məhsullarından istifadə etməklə yanaşı, şirkətlə əlaqədar mövzularda birlikdə seminarlar, təlimlər, olimpiadalar keçirmək və ortaq kurrikulum hazırlamağı nəzərdə tutan müqavilə imzalayıb.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar