Xəbər lenti
Təhsil idarəsindən XƏBƏRDARLIQ: Yeni il şənliyi üçün pul yığılsa...
"Paytaxt məktəblərində Yeni il şənliyinin keçirilməsi üçün valideynlərdən pul yığılması ilə əlaqədar Bakı Şəhəri üzrə Təhsil İdarəsinə (BŞTİ) indiyə qədər heç bir müraciət daxil olmayıb".
Manevr.az bildirir ki, bunu "report"un sorğusuna cavab olaraq İdarədən bildiriblər.
Qeyd olunub ki, BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərində təqvim ilinin yekunları ərəfəsində 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü ilə bağlı tədbirlərin keçirilməsi tövsiyə olunur: "Müvafiq tədbirlər məktəblilərin Azərbaycançılıq, həmrəylik və birlik ideyaları ruhunda tərbiyə olunması baxımından daha əhəmiyyətli və gərəklidir".
İdarədən bildirilib ki, ümumi təhsil məktəblərində Yeni il bayramı münasibətilə hər hansı vəsaitin yığılması ilə bağlı valideynlər tərəfindən BŞTİ-yə heç bir müraciət daxil olmayıb: "Belə hallarla rastlaşan şəxslər anonim olmadan Bakı Şəhəri üzrə Təhsil İdarəsinə (Tel: (012) 599-12-22; E-poçt: info@baku.edu.gov.az) müraciət edə bilərlər".
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar